17 Avqust 2026, Bazar ertəsi
"Neftçi" və "Zirə" qələbə qazandı
Zubir “Qarabağ”dan getdi
"Sabah" "Kəpəz”i məğlub etdi
“Sumqayıt”da portuqaliyalı müdafiəçi

Digər idman növləri

Şahmat Federasiyası “Heydər Əliyev İli”nə həsr olunan silsilə tədbirlər keçirəcək

Azərbaycan Şahmat Federasiyası (AŞF) “Heydər Əliyev İli”nə həsr olunan geniş tədbirlər planını təsdiqləyib.

Futbolxeber.az saytının məlumatına görə, federasiya il ərzində Bakıda və digər şəhərlərdə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan yerli və beynəlxalq turnirlər təşkil edəcək.

Silsilə tədbirlər sırasında paytaxtda və digər regionlarda 100 lövhədə eyni anda seanslar, rapid yarışlar, tanınmış azərbaycanlı şahmatçıların gənclərlə görüşü, beynəlxalq OPEN turniri və digər tədbirlər daxil edilib.

AŞF ölkədə fəaliyyət göstərən şahmat məktəblərinə qədim oyunla bağlı ləvazimatların təqdim olunmasına başlayıb. Artıq Quba və Bakının bir neçə məktəbinə müvafiq şahmat vəsaitləri hədiyyə olunub.

Qeyd edək ki, ölkə başçısı İlham Əliyev ötən il 22 sentyabrda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı sərəncam imzalayıb (“Report”).

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31