Digər idman növləri
İslamiadanın bağlanış mərasimi keçirildi
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib.
Futbolxeber.az saytının APA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan prezidenti İlham Əliyev, birinci vitse-prezident və “Bakı 2017” Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassarın mərasimdə iştirak edir.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan bayrağı Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının səkkiz hərbçisi tərəfindən gətirilib, 3 hərbçi Azərbaycan bayrağını qaldırıb.
Bu zaman dövlət himni səsləndirilib. Stadionun damından Azərbaycan bayrağının rənglərini təcəssüm etdirən atəşfəşanlıq başlayıb.
“Bakı 2017” İslam Həmrəyliyi Oyunlarının milli bayraqları idmançılar tərəfindən Olimpiya stadionuna gətirilib və atletlərin paradı başlayıb, ev sahibi olan Azərbaycanın idmançıları stadiona axırıncı giriblər.
Yarışlarda iştirak edən ölkələrin bayraqları dirəklərdə yan-yana dalğalanıb. Bayraqlar gətirildiyi zaman “Amarok” qrupunun ifasında “Naxçıvan halayi” səsləndirilib. Həyat ağacına su verilib və onun kökləri səhnədə çıxmağa başlayıb.
Aktyorlar qrupu (hər biri 7 x 1.35 metr ölçüdə olan) üç rəngdə - yaşıl, qəhvəyi və göy rəngdə 60 ipək zolağını gətirib. Quşlar onların başları üzərində uçduğu zaman, ipək zolaqlar gözəl mənzərəni yaratmaq üçün birləşdirilib.
Yaşıl meşələri, qəhvəyi dağları, göy isə Azərbaycanın çaylarını əks etdirib. İpək zolaqlar Azərbaycan Respublikasının bayrağını əks etdirmək üçün çevrilib, “Amarok” - “İncilər” mahnısını ifa edib.
Son 10 günün idman yarışları stadion ekranlarında nümayiş etdirilib, Avroviziya Mahnı Müsabiqəsi 2015 üçün təqdim etdiyi mahnı – Elnurun ifasında “Hour of the Wolf” səslənib.
IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində möhtəşəm şou nümayiş etdirilib. “Qarabağ” şikəstəsi altında səhnədə Günəş qalxıb və səhnə üzərində hərəkət edib.
Onun fırlanan 60 paneli qızılı şüanı göstərmək üçün hava hərəkəti ustaları tərəfindən hərəkətə gətirilib. Günəşin şüası aşağıda tamaşaya start verib. Kitab formasında bir-biri ilə birləşdirilmiş 1000-dən artıq əlvan üçbucaq iki böyük altıbucaq formalaşdırıb Bu cür kitabın səhifələri “şəbəkə” sənətindən ilhamlanaraq, maraqlı naxışları yaratmaq üçün 110 səhnə iştirakçısı tərəfindən vərəqlənəib. Günəş oturduğu zaman, həmin kitablar açılaraq, göy işıq saçacaq və qaldırılaraq, Xəzərin gözəl 3 ölçülü formasını yaradıb.
Gülarə Əliyeva “Şur fantaziyası” ifa etməyə başlayan zaman ekranda Bakı bulvarının gündəlik əyləncəli həyatından səhnələri görünüb. İnsanlar çərpələng və hava şarları ilə oynayıblar. Digərləri şahmat oyunu ilə məşğuldur və ya küləyin əllərindən qoparmış qəzetlərin arxasınca qaçıblar. Səhnəyə külək turbinləri və flügerlər gətirildikdən sonra həmin əşyalar küləyin hesabına hərəkətə gəlib. Bütün rekvizit və kostyumlar giləvarı əks etdirən dalğavari naxışlarla bəzədilib. Səhnə iştirakçıları “Yallı” getdiyi zaman buludlar qalxacaq. 1000-dən artıq hava şarı və həyatın ağacının minlərlə yarpağı giləvarla gecə səmasına qaldırılıb.
Natiq Şirinovun “Qarabağ” mahnısını ifa etməyə başlaması ilə səhnədə işıq saçan aypara qalxıb və səhnə üzərində hərəkət edib. Aktyorlar qlobusu saxlayan əlləri sülh rəmzi olan göyərçini formalaşdırıb. Sonra aktyorlar Azərbaycanın dekorativ incəsənətində və memarlığında mövcud olan və alov mənasını daşıyan qədim badamvari naxış olan buta fiqurlarını yaradıblarr. Döşəmənin üzərində olan proyeksiyalar aktyorların yaratdığı fiqurlara uyğun verilib. Nəhayət, aypara səhnənin mərkəzinə doğru hərəkət edib, səhnə iştirakçıları aypara formalaşdırmaq üçün 750-dən artıq alovu yandıblar. Stadionun damında isə atəşfəşanlıq başlayıb. Oyunların uğurla keçirilməsini mümkün edən 6000 könüllünün verdiyi böyük töhfəni təsvir edən videoçarx nümayiş olunub. Könüllülərə minnətdarlığın bildirilməsi haqqında videoçarx stadion ekranlarında göstərildiyi zaman Azad Vəliyevin “Yeni Gün” mahnısı dinlənilib.
Bakı Olimpiya Stadionda ekranlarda 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək İstanbul şəhərinə bütün dünyanı dəvət edən videoçarx nümayiş etdirilib.
Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının hərbçiləri İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) bayrağını endiriblər.
Onlar bayrağı stadiondan aparmaq üçün digər 8 hərbçiyə təqdim ediblər. ISSF-in bayrağı endirildiyi zaman Benjamin Brittenin “The Young Person’s Guide to the Orchestra” musiqisi səsləndirilib.
İslam Həmrəyliyi İdman Federasiyasının baş katibi Faisal Əbdüləziz Əl Nassar bayrağı Türkiyə Respublikasının gənclər və idman nazirinin müavini, “İstanbul 2021” İslam Həmrəyliyi Oyunlarının nümayəndəsi Kamuran Özdənə təqdim edib.
Türkiyənin milli himni səsləndirildiyi zaman Xüsusi Dövlət Mühafizə Xidmətinin Milli Qvardiyasının üç hərbçisi bayrağı qaldırıb.
İslamiadanın bağlanış mərasimi başa çatıb. Sonda beş müğənni - Səmra Rəhimli, Nigar Camal, Miri Yusif, Səbinə Babayeva və Eldar əsas və yan səhnələrdə ifa ediblər.
Müğənni Tünzalə Ağayeva yan səhnədə “Sürət - 2017 Azərbaycan Qran Pri” mahnısını ifa etdiyi zaman, 30 səhnə iştirakçısı Bakı Şəhər Halqasını təsvir edən əsas səhnədə işıq saçan çubuqlarla rəqs ediblər. Sonra, o, əsas səhnədə iki mahnı -“Salam Bakı” - “Bakı 2017” könüllülərin himni və “Mən Azərbaycanlıyam” mahnıları ilə “Birlik” konsertini başa çatdırıb.
Konsert stadion üzərində atəşfəşanlıqla başa çatıb.
Bağlanış mərasimində bütövlükdə 15000 pirotexnik qurğudan istifadə edilib.
Qeyd edək ki, İslamiadada 268 dəst medal sahibini tapıb.
11 gün ərzində 269 qızıl, 267 gümüş, 350 bürünc, ümumilikdə 886 mükafat 40 ölkə təmsilçisi arasında bölüşdürülüb.
Bu medallardan 162-si Azərbaycan idmançılarının payına düşüb. Ümumi medal sayında Türkiyədən (195) geri qalmasına baxmayaraq, əyarına görə yığmamız İslamiadanın qalibi olub. Bununla da ölkəmiz tarixində ilk dəfə multi-idman tədbirinin ən güclüsü adına yiyələnib.
Yarışa qatılan 14 ölkənin komandası isə Bakıdan əliboş qayıdır.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bölgə klubunda yeni sponsor – məşqçilər və futbolçular göndərilir
- “Səbail”də yeni sponsor?
- “Cəbrayıl”ın tapıntısı: “Daha da yaxşı olmaq üçün dayanmadan çalışıram”
- 3 kluba 1 stadion – AFFA-nın “inkişaf strategiyası” budur?
- “Neftçi”nin oyunlarında 5 il əvvəl də VAR yox idi, indi də...
- Dəhlizdəki videodan şərhlərdəki trollaradək
- FİFA-nın "Neftçi"nin cəzalandırmasının səbəbi bilindi - EKSKLÜZİV
- “Sabah” “Qarabağ”dan qisas alır - Zuddasa qarşılıq Yankoviç
- “Turan Tovuz” ultimatum verir, “Neftçi”nin neçə oyunda haqqı yeyilir, VAR nəyə lazımdır?”
- Zaur Axundov: “Komanda naxçıvanlı iş adamlarından mən gözlədiyim dəstəyi görmədi”
- “Neftçi” - “Qarabağ” oyununa 6000 bilet satılıb
- FİASKO - U-19 Gürcüstana da böyük hesabla uduzdu
- Erhan Toker: "Hücumda çıxışımız yaxşı alındı"
- Baş katibin “irəliləyişi” - Avropada ən zəif nəticə
- "Abşeron Lions" yarımfinalda
-
20:06
Azərbaycanı növbəti mövsüm avrokuboklarda təmsil edəcək bütün klublar məlumdur
-
20:00
"Neftçi" və "Zirə" qalib gəldi
-
19:54
“Neftçi” 3 ildən sonra avrokuboklarda!
-
17:15
"Sabah" - "Neftçi": Heyətlər müəyyənləşdi
-
16:59
"Zirə" - "Sumqayıt": Heyətlər açıqlandı
-
13:28
Xabi Alonso rəsmən “Çelsi”də
-
12:00
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:47
Nəriman Axundzadə ehtiyatda qaldı
-
11:14
Dadaşov komandasını məğlubiyyətdən xilas etdi
-
10:51
Cüdoçularımızdan Avropa Kubokunda uğurlu start
-
10:36
"Borussiya"dan səfər qələbəsi VİDEO
-
10:02
Cəlal Hüseynovdan növbəti qol
-
09:45
"Bavariya"dan darmadağın VİDEO
-
21:43
Şamaxıda 5 qol VİDEO
-
20:39
Qurban Qurbanov: "Bəzi futbolçularla vidalaşacağıq"
-
20:27
"Qarabağ" 3 xalı 3 qolla qazandı VİDEO
-
19:58
Berdıyev: "3-cü qolu buraxmasaydıq...”
-
19:15
99 mükafat: 34 mövsüm, 21 komanda
-
19:01
"Turan Tovuz" uduzdu, "Qarabağ" qalib gəldi
-
16:44
I Liqada son turun oyun cədvəli məlum oldu
-
15:52
DÇ-2026: Tunisin heyəti açıqlandı
-
15:00
Danimarka kubokunun qalibi müəyyənləşdi
-
14:33
Əl Şəravi "Roma"dan ayrılır
-
13:17
Millimizin Macarıstandakı təlim-məşq toplanışı başa çatıb
-
12:28
Naxçıvanda "Heydər Əliyev Kuboku" uğrunda futzal turnirinin açılış mərasimi keçirilib
-
11:45
Ramon Maçado: “Rəhbərlik bu il kluba çox pul xərcləsə də, təəssüf ki...”
-
11:09
Manuel Noyer daha 1 il "Bavariya"da
-
10:31
Dünya Seriyası: "Neftçi" bu gün iki oyun keçirəcək
-
10:12
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:54
“Beşiktaş” mövsümü heç-heçə ilə başa vurdu VİDEO
-
23:57
"Araz-Naxçıvan" "Kəpəz"i 2 qolla üstələdi VİDEO
-
22:42
Andrey Demçenko: “Rəhbərlik necə qərar verəcəksə, elə də olacaq”
-
22:18
Azər Bağırov: “Hər şeyi zaman göstərəcək"
-
22:05
“Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
-
21:23
"Araz-Naxçıvan" və "Qəbələ"dən qələbə
-
20:56
Azərbaycan üçün 3 "qızıl", 2 "bürünc" şansı
-
20:39
"Karvan-Yevlax" - "Qəbələ" matçında 3 qol VİDEO
-
20:21
Kaxaber Sxadadzedən qələbə şərhi
-
20:00
Füzuli Məmmədov: "Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa, "Karvan-Yevlax"da qala bilərəm"
-
18:44
Belçika millisinin DÇ-2026 üçün heyəti
-
17:27
“UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri
-
16:02
Yevlaxda heyətlər açıqlandı
-
15:15
Məktəblilərin Respublika İdman Olimpiadasına hazırlıq müzakirə olunub
-
14:58
Azərbaycan stolüstü tennisçiləri Çində beynəlxalq təlim-məşq toplanışına qatılacaqlar
-
13:46
Cüdo üzrə yeniyetmələrin Liqa yarışı keçiriləcək
-
13:23
Yüksək Liqada çempionluq matçı: hakimlər açıqlandı
-
13:00
Avropa çempionumuz: “Qələbəni atama həsr edirəm”
-
12:39
“Karvan-Yevlax” rəhbərliyi nəyi gözləyir?
-
11:51
Azərbaycan cüdoçuları kata üzrə Avropa çempionatında çıxış edəcəklər
-
11:14
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
17.05.2026
16.05.2026
15.05.2026























