15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Qarabağ” - “Tvente” oyunu azarkeş sayında üçüncü oldu

UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, "Qarabağ" - "Tvente" qarşılaşması bu göstəriciyə görə turnirdə keçirilən cavab oyunları arasında üçüncü yeri tutub.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşü 28 min 869 tamaşaçı tribunadan izləyib. Bakıdakı qarşılaşma Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları arasında ən çox azarkeş toplayan üç matçdan biri olub.

Bu göstəricidə ilk pillədə 50 min azarkeşlə "Ayaks" - "Sion" görüşü qərarlaşıb. "Frayburq" - "Motervel" matçı isə 30 min tərəfdarın iştirakı ilə ikinci olub.

Xatırladaq ki, əlavə vaxtda "Tvente"yə 1:4 uduzan "Qarabağ" UEFA Konfrans Liqası ilə vidalaşıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31