15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Digər idman növləri

Coşqun Əliyev "Masters Top 18"in qalibi olub

Azərbaycanın deflimpiya cüdoçusu Coşqun Əliyev İsveçrənin Lozanna şəhərində ilk dəfə keçirilən "Ecole Mont-Olivet Deaf Judo Masters Top 18" turnirində qızıl medal qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı dairəvi sistem üzrə keçirilən yarışda üç görüş keçirib.

Yarışa inamlı start verən C.Əliyev ilk görüşündə 2025-ci il deflimpiya çempionu, braziliyalı Dantes Pedro ilə qarşılaşıb. Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

İkinci görüşdə qazaxıstanlı Aktınberk Kakitayevə 0:1 hesabı ilə uduzsa da, cüdoçu son qarşılaşmada türkiyəli Nurullah Dündarı ipponla məğlub edərək turnirin qalibi olub.

Beləliklə, C.Əliyev qızıl medal qazanaraq "Masters Top 18" turnirinin ilk azərbaycanlı qalibi kimi tarixə düşüb.

Bu nəticə ilə eşitmə qabiliyyəti məhdud idmançılar arasında Azərbaycan cüdosunda daha bir ilkə imza atılıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31