15 Oktyabr 2026, Cümə axşamı
Evdə də qonaq “İmişli” - YAZI
“İmişli”də baş məşqçi istefası
“Neftçi” 5 min manat cərimələndi
"Qarabağ"da gözlənilməz ayrılıq

Ölkə futbolu

“Səbail”in İdarə Heyətinin üzvləri Qubaya səfər ediblər

“Səbail” futbol klubunun İdarə Heyətinin üzvləri və Futbolun İnkişaf Fondunun icraçı direktoru Quba rayonuna səfər ediblər.

Futbolxeber.az saytının məlumatına görə, səfər çərçivəsində onlar Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ilə görüşüblər.

Görüşdə Fondun icraçı direktoru Tural Piriyev “Səbail” PFK-nın İH-nin üzvləri Amin Məmmədov, Mirzə Bayrampur və Ağa Orucovu təqdim etdikdən sonra klub haqqında ümumi məlumat təqdim edib və klubun Quba rayonunu təmsil etmək planları barədə məlumat verib.

Daha sonra İH üzvləri klubun gələcək planları barədə başçıya məlumat verib, kluba göstərilə biləcək mümkün dəstək imkanları ətrafında fikir mübadiləsi aparılıb.

İcra Hakimiyyətinin başçısı edilən təklifləri müsbət qarşılayıb və öz tərəflərindən lazımi dəstəyin göstəriləcəyini bildirib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31