28 May 2026, Cümə axşamı
“Qəbələ”, yoxsa “Mingəçevir”?
"Sumqayıt" 2 legioneri ilə vidalaşdı
“Şimal” I Liqada yerini qorudu
Rüfət Abbasov rəsmən “Neftçi”də

Digər idman növləri

“Bakı-2015”: İkinci qızıl medalın sahibi də isveçrəli oldu

Bilgəh Çimərliyində keçirilən qadınlar arasında triatlon yarışlarının ilk qalibləri bəlli olub. Futbolxeber.az-ın məlumatına görə, dağ velosipedi üzrə yarışlarda olduğu kimi, bu yarışda da qızıl medal İsveçrəli idmançı - Nikola Spiriq tərəfindən qazanılıb. Beləliklə, ilk Avropa Oyunlarının ikinci medalı da İsveçrəyə gedib.

İkinci yerə Reçel Klamer(Hollandiya), üçüncü yerə isə Lisa Norden (İsveç) çıxıb.

Yarışın nəticələrinə görə, ikinci və üçüncü yerin qalibləri arasında cəmi 2 saniyə fərq olub. Spiriq estafeti 2 saat 28 saniyəyə başa vurub. Klamer yarışı 2 saat 1 dəqiqə 44 saniyə, rəqibi Norden isə 2 saat 1 dəqiqə 46 saniyəyə yekunlaşdırıb.

Qeyd edək ki, triatlon yarışında idmançılar 1500 m üzüblər, 40 km velosiped sürüblər və 10 km qaçıblar (baku2015).








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31