Digər idman növləri
“Bakı-2015”: Açılış mərasimi iştirakçılarının şərəfinə rəsmi qəbul təşkil olunub
İyunun 12-də Heydər Əliyev Mərkəzində “Bakı-2015” birinci Avropa Oyunlarının rəsmi açılış mərasimi iştirakçılarının şərəfinə Azərbaycan Prezidenti İlham Əliyevin adından rəsmi qəbul təşkil olunub. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, rəsmi qəbulda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Serbiya Prezidenti Tomislav Nikoliç, Monteneqro Prezidenti Filip Vuyanoviç, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri Mladen İvaniç, Belarus Prezidenti Aleksandr Lukaşenko, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Tacikistan Prezidenti Emoməli Rəhmon, Lüksemburq Hersoqluğunun Böyük Hersoqu Anri, Monako Knyazlığının şahzadəsi II Albert, San-Marinonun dövlət başçıları - Kapitan regentləri Andrea Bellutsi və Roberto Venturini, Bolqarıstanın Baş naziri Boyko Borisov, Gürcüstanın Baş naziri İrakli Qaribaşvili, Qırğızıstanın Baş nazirinin birinci müavini Tayrıbek Sarpaşov, Çexiya Parlamentinin Deputatlar Palatasının sədri Yan Hamaçek, Slovakiya Parlamentinin sədri Peter Pelleqrini, Avstriya parlamentinin ikinci Prezidenti Karlhaynts Kopf, Latviya Parlamenti sədrinin müavini Andrey Klementiyev, Meksika Senatının xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron, Ukrayna Dövlət Fiskal Xidmətinin sədri, Ukrayna Ali Radasının Ukrayna-Azərbaycan parlamentlərarası əlaqələr üzrə qrupun başçısı Roman Nasirov, Qətərin Olimpiya Komitəsinin sədri Şeyx Cəuan bin Həməd Əl Tani, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi Abdullah bin Mosaad, Küveytin informasiya və gənclər naziri Şeyx Salman Əl-Hamoud Əl Sabah, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri Rəşid Meredov, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, Oman Sultanlığının idman işləri naziri şeyx Səad bin Məhəmməd bin Səid Əl-Mərduf Əl-Sədi, İran İslam Respublikasının idman və gənclər naziri Mahmud Qudərzi, Türkiyənin energetika naziri Taner Yıldız, Böyük Britaniyanın xarici işlər nazirinin müavini və parlamentin üzvü Tobias Martin Elvud, Vatikanın mədəniyyət nazirinin müavini Luis Marie Vilyam Sançez De Toca, İSESCO-nun baş direktoru Əbdüləziz Osman Əl-Tüveycri, Latviyanın sabiq Prezidenti Valdes Zatlers və digər yüksək səviyyəli qonaqlar iştirak ediblər.
Azərbaycan Prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilk Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələn dövlət və hökumət başçıları, tanınmış ictimai-siyasi və idman xadimləri ilə görüşüblər.
Dünyanın idman tarixində silinməz iz qoyacaq ilk Avropa Oyunlarının rəsmi açılış mərasimində yüksək səviyyəli qonaqların iştirakı bu Oyunların əhəmiyyətini bir daha təsdiq edir. Avropa Oyunlarına bütün dünyada böyük maraq var. Qitənin idman tarixində mühüm hadisə olan bu Oyunların Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan və dünyada formalaşdırdığı müsbət imicdən irəli gəlir. Bu amil həm də Azərbaycanda idmana göstərilən qayğı, idman sahəsində əldə olunan uğurlarla da sıx bağlıdır. Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitliyə və son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərə inamın təsdiqidir. Prezident İlham Əliyevin hərtərəfli fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirib. Qısa müddətdə yeni müasir idman obyektlərinin inşası, mövcud olanların isə əsaslı şəkildə yenidən qurulması beynəlxalq idman ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilib. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə Avropa Oyunlarının standartını yaradan Azərbaycanı yenidən dünyanın diqqət mərkəzinə çevirir. Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançının qatıldığı birinci Avropa Oyunları dünya idman tarixində mühüm hadisə kimi qalacaq.
Rəsmi qəbulda birinci Avropa Oyunlarına dair qısa videoçarx nümayiş etdirilib.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Medina və İsrafilov "Çelsi"yə qarşı oynadı
- "Turan Tovuz" Türkiyə klubunu darmadağın etdi
- Azərbaycan Premyer Liqasında ilk turun oyunlarının vaxtı açıqlandı
- II Liqa klubları narazıdırlar - PFL prezidentinə müraciət olundu - ÖZƏL
- Joni Montiel: “İşimiz baş məşqçini çətinə salmaqdır”
- Azərbaycan klublarının yay transferləri (Yenilənir)
- Nuriyev Macarıstan klubunda
- Azərbaycanda oynamış futbolçu Ermənistan klubunda
- “Zirə”də gözlənilməz ayrılıq
- Konfrans Liqası: “Neftçi” və “Zirə”nin potensial rəqibləri bilindi
- “Neftçi” sifariş vərəqəsini UEFA-ya göndərdi
- “Neftçi” azarkeşlərinin gözlədiyi transfer Bakıya gəldi: sabah 3 illik müqavilə imzalanacaq
- Şeydayevin yeni klubu müəyyənləşdi
- “Neftçi”nin yeni transferi: “Atam həmin futbolçunun fanatı olduğu üçün məni belə adlandırıb”
- Yenilənmiş “Araz-Naxçıvan”... ümid verdi
-
15:51
Çexiya millisinin sabiq kapitanı Azərbaycan klubunda
-
15:26
İspaniya Superkubokunun oyunları İstanbulda keçiriləcək
-
15:26
Azərbaycanın velosiped milliləri Gədəbəydə təlim-məşq toplanışına başlayıblar
-
15:07
"Şəfa" daha bir legioner transfer etdi
-
14:48
"Araz-Naxçıvan" onu geri qaytardı
-
14:33
“Qarabağ”ın matçı ilə əlaqədar Bakı metrosunun iş rejimi dəyişdiriləcək
-
13:14
“Neftçi” heyətini amerikalı ilə gücləndirib
-
12:59
"Kəpəz" belçikalı yarımmüdafiəçi transfer etdi
-
12:42
Azərbaycan Premyer Liqası: ilk turun hakim təyinatları açıqlandı
-
12:25
Azərbaycan millisi beynəlxalq turnirin qalibi olub
-
12:00
Yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub
-
11:51
Mikels Malta klubuna keçdi
-
11:36
Ukrayna futbolunun əfsanəsi: “Bu, ÇL-də səs-küy yaradan “Qarabağ” deyil”
-
11:18
“Səbail” Türkiyə klubu ilə qarşılaşacaq
-
11:03
"Gəncə" 3 basketbolçusu ilə yollarını ayırıb
-
10:44
Voleybol millimiz Belarusa qalib gəlib
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Xavinin yeni iş yeri müəyyənləşdi
-
09:52
Millimiz Qazaxıstana uduzub
-
09:30
"Qarabağ" "Dinamo"ya qarşı
-
21:24
"Qarabağ" azarkeşlərindən komandaya möhtəşəm dəstək VİDEO
-
18:59
Dünya Güləş Birliyi Bakıdakı tədbiri yüksək qiymətləndirib
-
18:30
Matvey Ponomarenko: “Qarabağ”la oyunda məqsədimiz qələbədir”
-
18:12
"Dinamo"nun baş məşqçisi: "Qarabağ" avrokuboklarda təcrübəlidir"
-
17:45
“Neftçi”də iki yeni müqavilə
-
17:28
“Şəfa” braziliyalı hücumçu transfer etdi
-
17:03
U-20 dünya çempionatında iştirak edəcək güləşçilərimiz açıqlanıb
-
16:36
Hidayət Heydərov və Nizami İmranov Niderlandda Olimpiya Təlim Düşərgəsinə qatılıblar
-
16:11
Dünya çempionatında iştirak edəcək yeniyetmə cüdoçularla görüş keçirilib
-
15:57
"Çelsi"dən müdafiəçi transferi
-
15:24
"Gəncə" türkiyəli mütəxəssislə vidalaşıb
-
15:00
"Xankəndi" klubunda Müşahidə Şurası yaradılıb
-
14:49
"Sabah"ın "Hapoel"lə oyunlarının məkanı və saatı açıqlandı
-
14:12
Qurban Qurbanov: “Yaxşı nəticə qazanmaq istəyiriksə, texniki səhvlər azalmalıdır”
-
13:35
AMADA Azərbaycan Voleybol Federasiyasında maarifləndirici tədbir keçirib
-
12:58
"Şəfa"dan daha 4 transfer
-
12:23
"Orxus"un futbolçusu: "Oyunumuz çox bərbad idi"
-
11:06
"Hapoel" "Sabah"a belə rəqib oldu VİDEO
-
10:41
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:17
Azərbaycan klubu xorvatiyalını transfer etdi
-
09:54
"Sabah"dan 4 cavabsız qol VİDEO
-
09:30
“Turan Tovuz”dan yenilik
-
21:54
“Sabah” "Orxus"u darmadağın etdi
-
21:00
“Neftçi” macarıstanlı yarımmüdafiəçi transfer etdi
-
19:33
"Sumqayıt"dan növbəti transfer
-
19:02
“Sabah” - “Orxus”: Heyətlər açıqlandı
-
17:57
Milevski “Qarabağ” - “Dinamo” oyunundan danışdı: “Müdafiə bərbaddır”
-
17:15
"Neftçi"dən hücumçu transferi
-
16:46
PSJ yapon qapıçı transfer etdi
-
16:21
Ağırlıqqaldırma Federasiyasında antidopinq maarifləndirmə seminarı təşkil olunub
13.08.2026
12.08.2026
11.08.2026
























