25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Digər idman növləri

“Bakı-2015”: Azərbaycanı təmsil edəcək kayakçılar və kanoeçilər müəyyənləşib

“Bakı-2015” birinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək kayakçılar və kanoeçilər, onların yürüş edəcəkləri məsafələr, eləcə də yarış qrafiki müəyyənləşib. Futbolxeber.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, oyunlarda milli komandanın baş məşqçisi Aleksandr Kolıbelnikovun rəhbərliyi ilə 7 idmançı mübarizə aparacaq.

Kanoeçilərin mübarizəsində əsas diqqət dördqat dünya və dördqat Avropa çempionu Valentin Demyanenkoya yönələcək. V.Demyanenko birnəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşlərə qatılacaq. Taras Matviyçuk isə birnəfərlik qayıqla (K-1) 1000 metr məsafəyə yürüş edəcək. Aleksey Kuprin və Avropa çempionu Sergey Bezuqlıydan ibarət duet ikinəfərlik qayıqla (C-2) 1000 metr məsafəni qət edəcək.

Kayakçılara gəldikdə isə birnəfərlik qayıqla (K-1) Mirnazim Cavadov 200, Tamerlan Mustafayev 1000 metr məsafəyə yürüşlərə qatılacaqlar. Qadınların mübarizəsində isə Olimpiya çempionu İnna Osipenko-Radomskaya birnəfərlik qayıqla (K-1) 200 və 500 metr məsafələrə yürüş edəcək.

“Bakı-2015” birinci Avropa Oyunlarında kayak və kanoe yarışları iyunun 14-16-da Mingəçevirdəki “Kür” Avarçəkmə Mərkəzində keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31