25 Avqust 2026, Çərşənbə axşamı
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Digər idman növləri

Futzal turniri keçirilib

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Futzal Federasiyası və Odlar Yurdu təşkilatının birgə təşkilatçılığı ilə Bakıda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş futzal turniri keçirilib. Futbolxeber.az-ın məlumatına görə, turnirdə "Araz", "Neftçi" İSM, "Ekol" və İngiltərədə yaşayan azərbaycanlılardan təşkil olunmuş "Baku United" (London) klubları iştirak edib. Turnirin təşkilatçıları və iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsinin önünə gül dəstələri qoyublar.

İlk oyun günü "Araz" 4:2 hesabı ilə "Ekol" komandasını, "Neftçi" İSM isə 2:1 hesabı ilə "Baku Yunayted" komandasını məğlub edərək finala yüksəlib. III yer uğrunda qarşılaşmada "Ekol" 7:6 hesabı ilə "Baku Yunayted"ə qalib gəlib. Final oyununda "Neftçi" İSM komandasını 4:2 hesabı ilə məğlub edən "Araz" turnirin qalibi adını qazanıb.
Final oyunundan sonra mükafatlandırma mərasimi keçirilib. İştirakçılara AFFA-nın hədiyyələri təqdim olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31