24 Avqust 2026, Bazar ertəsi
Yuri Vernidubdan qələbə şərhi
"Zirə" "İmişli"ni məğlub etdi
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord

Minifutbol

Mahir Şükürov: “Çox istərdim ki, millimiz dünya çempionu olsun”

“Təşkilatçılara təşəkkürümü bildirirəm. Çox sağ olsunlar azarkeşlər də bizə əladə dəstək oldular. “Forza Neftçi” üçün darıxmışdıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən “Legends Cup”da “Premyer Liqa məşqçiləri” ilə qarşılaşmada “Neftçi 2000-lər”in heyətində forma geyən Mahir Şükürov deyib.

O bildirib ki, bu cür oyunlar tez-tez təşkil edilməlidir: “Çoxdandır veteranlarla biryerdə oynamırdıq. Həm oynayırdıq, həm də kədələnirdik. Bizdən böyüklər də var idi meydanda. Ağasəlim müəllimə dedim ki, belə oyunlar nə qədər tez-tez keçirilsə, yaxşı olar, həm bizim üçün, həm də gələcək nəsillər üçün. Maraqlı oyun oldu. Hamı razı qaldı”.

Veteran futbolçu dünya çempionatında milli komandamıza dəstək olacaqlarını söyləyib: “Millimiz üçün çətin olacaq. Güclü rəqiblər var. Milli komandamıza uğurlar arzulayıram. Biz də onlara dəstək olacağıq. Çox istərdim ki, millimiz dünya çempionu olsun. İnanıram ki, azarkeşlər də arenanı doldurub komandamıza dəstəklərini nümayiş etdirəcəklər”.

Fərəc Aslanov








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31