8 Oktyabr 2026, Cümə axşamı
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Minifutbol

Millimizin kapitanı: “Dünya çempionu da olsam...”

“Son dünya çempionatı ilə müqayisədə indi komandamız daha da yaxşılaşıb. Hazırda kollektiv olaraq çox yaxşı vəziyyətdəyik. İnanıram ki, bunun da nəticəsini birlikdə görəcəyik”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri minifutbol üzrə Azərbaycan milli komandasının kapitanı Elvin Əlizadə Bakıda keçiriləcək dünya çempionatından öncə təşkil olunan mətbuat konfransında deyib.

E.Əlizadə minifutbolda həm Avropa çempionu olub, həm də UEFA Çempionlar Liqasının qalibi olub. Bircə dünya çempionluğu qalıb. Görəsən, bu məqam futbolçumuzun motivasiyasını artırır? “Dünya çempionu olsam, necə deyərlər, komplekt tamamlanacaq. Buna çox sevinərəm. Əlimdən gələni edəcəm ki, komandama faydalı olum”.

O, komandadakı ab-havadan da söz açıb: “Kollektivdə hər şey yaxşıdır. Baş məşqçinin texniki-taktiki, fiziki tapşırıqlarını yerinə yetirməyə çalışmışıq. Heç bir problem yoxdur. Azarkeşlərimizi sevindirmək üçün tam gücümüzlə çalışacağıq”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31