Minifutbol
Taleh Nəsibov: “Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik”
Mayın 21-də Bakıda keçiriləcək dünya çempionatından öncə bu gün oyunların keçiriləcəyi Milli Gimnastika Arenasında mətbuatı konfransı təşkil olunub.
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Minifutbol Federasiyasının icraçı vitse-prezidenti Taleh Nəsibov əvvəlcə dünya çempionatının hazırlığından söhbət açıb:
- Azərbaycan Minifutbol Federasiyası olaraq Azərbaycanda ilk dəfədir dünya miqyaslı yarış keçiririk. Ölkəmiz bu cür beynəlxalq yarışları keçirməyə öyrəşib. Hər zaman da yüksək peşəkarlıq göstərib. Bir çox misallar çəkmək olar. Biz də bu nümunəni götürərək, Azərbaycan Minifutbol Federasiya (AMF) olaraq bu yarışı yüksək səviyyədə, Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik. Əlbəttə ki, çətinliklər həmişə olur, olacaq da. Əlimizdən gələni edirik. Azərbaycanda belə yarışların keçirilməsi federasiyanın üzərində böyük məsuliyyətdir. AMF-nin əməkdaşları çox deyil. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası bu yarışı keçirməyimizdə böyük dəstəkçidir. Hələ ki, bu işin öhdəsindən lazımınca gələ bilirik.
- Bu gün arenada veteranların oyunu keçiriləcək. Həmin matça maraq böyükdür. Gələcəkdə bunu davam etdirmək fikriniz var?
- Özümüz də marağın nə dərəcədə olduğunun şahidiyik. "Legends Cup"dan sonra hər il bunu ənənə halına salmaq istəyirik. Gələn il də belə təşəbbüs irəli sürərək, belə oyunların keçirilməsinə ev sahibliyi edərik. Yəqin ki, olacaq. Çünki hamı gözəl qarşıladı bu ideyanı. Bizim üçün də xoşdur. Bizim veteranlardır. Onlar da bu cür oyunlarda iştirak edərək bizi və azarkeşləri sevindirirlər.
- Dünya çempionatına ev sahibliyi etmək təşəbbüsü necə yarandı? Kimin ideyası idi?
- Avropa çempionu olduqdan sonra daha çox işlər görməyə başladıq. 2023-cü ildə dünya çempionatı BƏƏ-də keçirilmişdi. AMF-nin prezidenti Orxan Məmmədovun təşəbbüsü idi. Dünya Minifutbol Federasiyasının görüşlərində təşəbbüs irəli sürmüşdü. Onlarla danışıqlara başladıq. Bütün lazım olan addımları atdıq. Onları Azərbaycana dəvət etdik, arenaları gəzdirdik. Arena seçildikdən sonra sənədlər toplandı və ev sahibliyi etmək istədiyimizi bildirdik. Növbəti iclasda 2025-ci ildə dünya çempionatının Bakıda keçirilməsinə qərar verildi. Əsas təşəbbüskar Orxan Məmmədovdur.
- Açılış mərasimində azarkeşləri nə gözləyir? Necə hazırlaşmısınız?
- Hər bir yarışın güzgüsü açılış mərasimidir. Kifayət qədər lazımi tədbirlər görnüşük. Maraqlı açılış olacaq. Açılışın necə olacağı həmin günə qalsın. Bəyənib-bəyənmədiyinizi deyərsiniz.
- Millinin qarşısında duran vəzifə nədən ibarətdir?
- Ev sahibiyik. Millinin hazırlığına kifayət qədər lazım olan şəraiti yaratmışıq. İstər toplanışlar, istər qidalanma, istərsə də hər bir şərait yaradılıb. Ev sahibi kimi oynamaq da məsuliyyətdir. Milli komandamız psixoloji cəhətdən tam hazırdır. Heyət olaraq da formalaşıblar, neçə aydır toplanışdadırlar. Yaxşı olar. Ev sahibi olaraq istəyərdik ki, kubok Azərbaycanda qalsın. Hədəfimiz ilk 3 yerdən birini qazanmaqdır. Oyunçulara demişik ki, 3 yerdən birini qazansaq, bizim üçün yaxşıdır.
- Qadınlar arasında minifutbol çempionatı keçirməyə necə baxırsınız?
- Belə kütlə olmadığına görə çətinlik çəkirik. Böyük futbolda da qadınlar arasında çempionatımız elə də güclü deyil. AMF yarandığı gündən məhəllə futbolunu meydançaya gətirmişik. Bunun üzərində də peşəkarlıq göstərib, bu səviyyəyə gətirib çıxarmışıq. Qadınların marağı olsa, keçirilməsinə etiraz etmərik. Sadəcə bu cür marağın şahidi olmamışam.
- Milli komanda üçün mükafat fondu var?
- Əlbəttə ki, mükafatsız olmayacaq. Artıq baş məşqçi ilə müzakirə olunub, təyin edilib. İstəməzdim media üçün açıqlayım. Amma federasiya prezidenti tərəfindən mükafat təyin olunub. Bu barədə də baş məşqçiyə bildirilib. Yəqin ki, baş məşqçi də bunu kollektivlə bölüşüb.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Millimizə Andorra ilə oyuna görə texniki məğlubiyyət veriləcək?
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Xankəndidə vurulan qollar
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- Yevlaxda 4 qol vuruldu
-
11:51
Volkov üçün yubiley qolu
-
11:37
İki boksçumuz U-23 Avropa çempionatında finala vəsiqə qazanıb
-
11:14
"Beşiktaş" Konyadan 3 xalla qayıtdı VİDEO
-
11:00
Qustavo Klisman: “Açığı, zərbə vurmurdum, asma edirdim”
-
10:42
"Trabzonspor"dan tək qollu qələbə VİDEO
-
10:29
Toral yenə əsas heyətə düşə bilmədi
-
10:16
"Yuventus" ikinci hissədə coşdu VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Atalalanta" - "İnter" matçında triller VİDEO
-
09:35
Renat Dadaşovun komandasından qələbə
-
09:21
"Milan"dan darmadağın VİDEO
-
21:17
Premyer Liqamızda yeni rekord
-
20:35
Gəncədə qalib aşkarlanmadı VİDEO
-
20:00
Qurban Qurbanov: “Beş oyundur qalib gələ bilmiriksə, bu, problemdir”
-
19:49
Nəriman Axundzadə bu dəfə də ehtiyatda qaldı
-
18:56
“Neftçi” yenidən vahid lider oldu, "Qarabağ" büdrədi
-
18:28
Polşa Ekstraklasasında 15-ci turun oyunları keçirilir.
-
18:09
"Neftçi" 3 xalı 3 qolla qazandı VİDEO
-
17:32
Maksimov “Neftçi”yə məğlubiyyətdən danışdı
-
17:14
Vernidub qələbəni şərh etdi
-
16:23
Luis Enrike rekordçu oldu
-
16:00
“Kəpəz” - “Qarabağ”: Heyətlər müəyyənləşdi
-
15:31
Azərbaycan basketbolçusu Sinqapurda müsabiqənin qalibi olub
-
15:17
Xankəndidə "Prezident kuboku" uğrunda qaçış yarışı keçirilib
-
15:05
Elçin Səmədli beynəlxalq oyuna təyinat alıb
-
14:53
Ağadadaş Salyanski “Neftçi”yə qarşı niyə oynamır?
-
14:49
Daha iki boksçumuz Avropa çempionatının yarımfinalında
-
14:24
“Mançester Siti”nin 15 illik seriyası qırıldı
-
13:56
“Araz-Naxçıvan” - “Neftçi”: Heyətlər açıqlandı
-
13:32
"Arsenal" büdrədi VİDEO
-
13:18
PSJ-nin heyətində ciddi itki
-
13:00
"Çelsi" öz meydanında uduzdu VİDEO
-
12:43
Cəlalın komandası səfərdən 3 xalla qayıtdı
-
12:21
"Borussiya" tək qolla sevindi VİDEO
-
12:07
Yunuszadə sona kimi ehtiyatda qaldı
-
11:55
"Roma"nın hücumçusundan poker VİDEO
-
11:34
Kaxaber Sxadadzenin yeni klubu müəyyənləşdi
-
11:19
"Latsio" liderliyini davam etdirir VİDEO
-
10:46
Muradın komandasından qələbə
-
10:22
"Fənərbaxça"dan xal itkisi VİDEO
-
10:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:53
"Mançester Siti" öz meydanında qələbə qazana bilmədi VİDEO
-
09:31
İlham Zəkiyev Qran-pridə bürünc medal qazanıb
-
09:17
"Qalatasaray"dan növbəti qələbə VİDEO
-
09:00
Millimizin üzvü oynamadı, komandası qalib gəldi
-
20:08
Bekiri: “Qələbəyə layiq idik”
-
18:56
"Turan Tovuz” zirvəyə şərik oldu, "Qəbələ" autsayderi məğlub etdi
-
18:43
PFL prezidenti Elnur Cəfərovu mükafatlandırıb
-
18:32
"Turan Tovuz" 3 xalı 2 qolla qazandı VİDEO
-
17:25
Azər Bağırov: “Həmişə düzgün nədirsə, onun arxasındayam”
23.11.2026
22.11.2026
21.11.2026
























