2 Avqust 2026, Bazar günü
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı
“Qarabağ” penaltilərdə məğlub oldu
“Neftçi” qələbə qazansa da...

Minifutbol

Daun sindromlu uşaqlar üçün futbol festivalı keçirilib

AFFA-nın təşkilatçılığı, Qətər Dövlətinin Azərbaycandakı səfirliyinin dəstəyi ilə Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzində daun sindromlu uşaqlar üçün futbol festivalı keçirilib.

Futbolxeber.az saytının məlumatına görə, festivala 60-a yaxın uşaq cəlb olunub. Onlar Azərbaycan milli komandasının üzvü Emin Mahmudov və veteran futbolçu Cavid Hüseynovla birlikdə futbol oynayıblar, müxtəlif futbol elementləri nümayiş etdiriblər. 

Tədbirdə AFFA-nın İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva, Qətər Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab, Baş katibin müavini Sərxan Hacıyev, Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılovla yanaşı mərkəzin direktoru Natella Həsənova da iştirak edib. 

Tədbirin sonunda AFFA və Qətər Dövlətinin Azərbaycandakı səfirliyi tərəfindən uşaqlara müxtəlif hədiyyələr təqdim olunub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31