5 May 2024, Bazar günü
33-cü turun hakim təyinatları
Millimiz Belarusa məğlub oldu
“Neftçi” mübarizəni dayandırdı
Yüksək Liqada mövsüm başa çatdı

Minifutbol

AFFA-nın sabiq prezidentinin oğlu faciəli şəkildə öldü

Sabirabad rayonunun Həşimxanlı kəndində bir nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report” agentliyinin xəbərinə görə, bu barədə məlumat Fövqəladə Hallah Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, “Jeep” markalı minik avtomobili su kanalına aşıb. Hadisə yerinə cəlb olunmuş Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri minik avtomobilində olan sərnişin, 1985-ci il təvəllüdlü Mirzəyev Anar Ramiz oğlunun cəsədini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Digər məlumata görə, ölən şəxs AFFA-nın mərhum prezidenti Ramiz Mirzəyevin oğludur. Bu barədə "Report"a Tovuzun "Turan" klubunun sabiq prezidenti Vidadi Əhmədov məlumat bildirib. V.Əhmədovun sözlərinə görə, mərhum bu gün Tovuzun Dondar Quşçu kəndində atasının yanında dəfn olunacaq.

Qeyd edək ki, A.Mirzəyev 30 oktyabr 2007-ci ildə dünyasını dəyişmiş Ramiz Mirzəyevin yeganə oğludur və ailəlidir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31