6 Iyul 2026, Bazar ertəsi
“Qarabağ”ın 8-ci transfer - Rəsmi
"Zirə" Diqbeunu heyətinə qatdı
DÇ-2026-da ilk 1/4 finalçı müəyyənləşdi
"Turan Tovuz"da yeni qapıçı

Futzal

“Araz-Naxçıvan” braziliyalını transfer etdi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” transfer çalışmalarına başlayıb. 
 
Futolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, ölkə çempionu braziliyalı Alisson Damasceno Masiel – Kadinyo ilə anlaşıb. Braziliyalı cinah oyunçusu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək. O, cari ilin yanvarından Qazaxıstanın “Jetisu” klubunda çıxış edib.
 
Qeyd edək ki, bu komandanın baş məşqçisi Azərbaycan millisinin və “Araz-Naxçıvan”ın keçmiş oyunçusu və baş məşqçisi Biro Jadedir. Kadinyo Braziliyada ESMAC və “Guarani” klublarında çıxış etdikdən sonra İspaniya “Ribera Navarra”sına keçib. Burada 12 oyunda meydana çıxan və 1 qol vuran 29 yaşlı futzalçı 2022/23-cü il mövsümündə Fransa “Nantes Metropole”sinin uğurları üçün tər töküb. 
 
Xatırladaq ki, “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasının ilkin mərhələsində “Sparta Belfast” (Şimali İrlandiya), “Sillamae Silla” (Estoniya) və “Uddevalla” (İsveç) klubları ilə qarşılaşacaq. Oyunlar avqustun 20-dən 25-dək İsveçdə keçiriləcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31