7 Oktyabr 2026, Çərşənbə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Kamilo Duran "Seltik"in düşərgəsində

Şotlandiyanın “Seltik” klubunun baş məşqçisi Martin O’Nil “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferini təsdiqləyib.

Futbolxeber.az saytının BBC-yə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis bu haqda İrlandiyanın “Şelburn” klubuna qarşı keçiriləcək oyundan əvvəl klub televiziyasına bildirib.

“Gənc futbolçu Duran hazırda tibbi müayinədən keçir. Əgər bunu bu axşam (dünən axşam - red.) başa çatdırmasa, sabah səhər tamamlayacaq”, - deyə O’Nil bildirib.

Beləliklə, Kamilo Duranın artıq "Seltik"in düşərgəsində olduğu rəsmən təsdiqini tapıb.

Qeyd edək ki, 24 yaşlı kolumbiyalı hücumçu ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, UEFA Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.

Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt-sterlinq təzminat ödəyəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31