21 Avqust 2026, Cümə
II turun hakim təyinatları açıqlandı
Azərbaycan klublarından rekord
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi

Ölkə futbolu

“Zirə”nin kapitanı: “Komanda olaraq sabahkı matça hazırıq”

"Bizim kifayət qədər təcrübəmiz var. Sabah meydanda əlimizdən gələni edəcəyik ki, istədiyimiz nəticəni qazanaq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin kapitanı Qismət Alıyev UEFA Konfrans Liqasının 1-ci təsnifat mərhələsində sabah Gürcüstan "Torpedo"su ilə keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Kutaisi təmsilçisi ilə asan görüş olmayacağını bildirib: "Çətin qarşılaşma olacaq. Rəqib yaxşı kollektivdir. Daha əvvəl də isti havada oyunlarımız olub. Problem olacağını düşünmürəm. Komanda olaraq sabahkı matça hazırıq. Rəqibin heyətində hər an oyunu dəyişə biləcək futbolçular var. Sabah ilk dəqiqələrdən diqqətli olmalıyıq".

Qeyd edək ki, "Zirə" - "Torpedo" matçı iyulun 8-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçiriləcək. Oyun saat 20:00-da start götürəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31