5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Qurban Qurbanov: “Pis alındığını deyə bilmərəm”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avstriya toplanışında "Metallist 1925" (Ukrayna) və “Ferentsvaroş”la (Macarıstan) keçirilən görüşlər haqqında danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, klubun mətbuat xidmətinə açıqlamasında deyib:

“Bu gün iki oyun keçirdik. “Metallist 1925"lə matçda daha çox gənc futbolçular çıxış etdilər. Maraqlı, dinamik mübarizə oldu. Xeyli sayda qol epizodları yaratdıq. Günün ikinci matçındakı rəqibimiz “Ferentsvaroş” da çox yaxşı kollektiv idi. Ümumilikdə öz planımız üzrə hazırlaşdıq. Pis alındığını deyə bilmərəm. Təbii ki, bir neçə gün vaxtımız olsaydı, daha yaxşı hazırlaşa bilərdik. Komandamızda kifayət qədər dəyişikliklər edilib. Oyunçuların bir yerdə olmalarına ehtiyac var idi. Futbolçular istəkli çalışdılar, hazırlıqları pis keçmədi. Oyun planı üzərində çalışmağa davam edəcəyik. Ümumilikdə yaxşı hazırlıq alındı. Futbolçuların bir neçə günlük istirahətə ehtiyacları var. Qarşıda çox vacib oyunlar olacaq. Oyunçuları bu müddətdə yaxşı idman formasına salmağa çalışacağıq”.

Xatırladaq ki, "Qarabağ" "Metallist 1925"ə 2:6, "Ferentsvaroş"a isə 0:1 hesabı ilə uduzub.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31