21 Noyabr 2026, Şənbə
U-20 millimiz İraqa qalib gəldi
XII turun hakim təyinatları
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
Millimiz FIFA reytinqində irəlilədi

Ölkə futbolu

“Qarabağ”ın “Vestri” ilə oyunlarının hakimləri müəyyənləşdi

UEFA Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ”ın İslandiyanın “Vestri” klubuna qarşı keçirəcəyi oyunlar üçün hakim təyinatları açıqlanıb.

Futbolxeber.az saytının məlumatına görə, iyulun 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmanı Moldovadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim Roman Jitar, yan xətt hakimləri Vlad Lifçu və Vadim Vikol, dördüncü hakim Andrey Bregutse olacaq. VAR hakimi İsveçrədən Luka Çibelli, AVAR hakimi isə Anoen Kanaqasinqam təyin edilib.

Qeyd edək ki, “Qarabağ” - “Vestri” görüşü iyulun 9-da saat 20:00-da başlayacaq.

Bu komandaların iyulun 16-da Reykyavikdəki “Trouttarvöllur” stadionunda keçiriləcək cavab qarşılaşması isə Çexiyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Marek Radina olacaq. Ona yan xətt hakimləri Kamil Hayek və Petr Kotalik kömək edəcəklər. Dördüncü hakim funksiyasını Daniel Vokoun yerinə yetirəcək.

VAR hakimi Tomaş Koçourek, AVAR hakimi isə Ondrjey Berka olacaq.

Qeyd edək ki, “Vestri” - “Qarabağ” görüşü iyulun 16-da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 17 iyul, saat 00:00-da) başlanacaq.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30