5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Qarabağ" və Yankoviç ötürmə dəqiqliyinə görə liderdir

2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında 90 dəqiqə ərzində ən çox dəqiq ötürmə müəllifi olan futbolçular bəlli olub.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının hesabatında bildirilib.

"Qarabağ"ın futbolçusu Marko Yankoviç birinci pillədə qərarlaşıb. Yarımmüdafiəçinin 90 dəqiqə ərzində orta hesabla 69,23 ötürməsi hədəfə çatıb ki, bu da 89 faizlik dəqiqliyə bərabərdir.

Ağdam təmsilçisinin sabiq oyunçusu Sami Mmae (68,26: 91 faiz), "Zirə"dən İsmayıl İbrahimli (64,99: 91 faiz), "Qarabağ"dan Bədavi Hüseynov (63,43: 93 faiz), "Zirə"dən Ange Mutsinzi (62,73: 90 faiz) növbəti sıralarda yer alıblar.

"Qarabağ" (480,80: 86 faiz) komandası dəqiq ötürmə sayında liderdir. Növbəti mövqelərdə "Zirə" (432,56: 85 faiz), "Sabah" (411,23: 85), "Neftçi" (379: 84 faiz), "Araz-Naxçıvan" (377,55: 84 faiz), "Sumqayıt" (377,13: 85 faiz), "Qəbələ" (338,74: 82 faiz), "Turan Tovuz" (301,54: 79 faiz), "Kəpəz" (387,33: 79 faiz), "İmişli" (271,65: 76 faiz), "Karvan-Yevlax" (260,06: 78 faiz) və "Şamaxı" (243,92: 76 faiz) qərarlaşıblar.

Xatırladaq ki, Azərbaycan çempionatında yeni mövsümə avqustda start veriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31