9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

İmad Faraj: “Oyunun tarixinin fərqi yoxdur, “Qarabağ”a qalib gəlmək istəyirik”

“Bizim üçün yaxşı oyun alındı. Düzdür, ikinci hissədə müdafiəyə daha çox diqqət ayırdıq. Arxa xəttə demək olar ki, səhvə yol vermədik. Yekunda da 3 xal qazandıq. Təbii ki, qalib gəldiyimiz üçün şadıq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi İmad Faraj Azərbaycan Premyer Liqasının 19-cu turunda “Qəbələ”yə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.  

O, “Neftçi”nin yüksəlişdə olması fikrinə belə münasibət bildirib: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Ona görə də hər matça qələbə üçün çıxırıq. İnanıram ki, bu uğurlu çıxışı mövsümün sonuna kimi davam etdirəcəyik”.

Fransız futbolçu növbəti turda “Kəpəz”ə qarşı keçirəcəkləri matçdan da söz açıb: “Kəpəz”lə oyun bizim üçün çox vacibdir. Çətin görüş olacaq. Səfərdə, süni qazonda oynayacağıq. Buna baxmayaraq, mütləq 3 xal qazanmalıyıq. Qələbə seriyasını davam etdirmək istəyirik”.

İ.Faraj 21-ci turda “Qarabağ”a qarşı keçiriləcək matçın təxirə salınması ehtimalına da toxunub: “Bu barədə dəqiq məlumatım yoxdur. Bizim üçün oyunun tarixinin fərqi yoxdur. Məqsədimiz “Qarabağ”a qalib gəlməkdir”.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31