9 Oktyabr 2026, Cümə
Azərbaycan kubokunda yeni rekord
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları

Ölkə futbolu

“Turan Tovuz”un kapitanı üçün yubiley

“Turan Tovuz”un kapitanı Faiq Hacıyev Premyer Liqada 100-cü oyununu keçirib.

Futbolxeber.az-ın PFL-in saytına istnadən verdiyi məlumata görə, onun yubileyi “Karvan-Yevlax”la matça (1:0) təsadüf edib. Futbolçu Azərbaycan Premyer Liqasının 19-cu turunun görüşünə start heyətində çıxıb.

Faiq keçirdiyi 100 qarşılaşmada 3 qol vurub.

25 yaşlı müdafiəçi iki klubun formasını geyinib. 2019/20 mövsümündə “Qəbələ” forması ilə Premyer Liqada debüt edən Hacıyev “qırmızı-qaralar”la 6 oyuna çıxıb. O, “Turan Tovuz”dakı 94 görüşdə 3 qol vurub.

Qeyd edək ki, Faiq turnirin tarixində 100 və daha çox oyun keçirən 451-ci futbolçu olub.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31