Ölkə futbolu
Ayxan Abbasov: “Gənc futbolçuları milliyə göstəriş üçün dəvət etmirik”
“Azarkeşlərə təşəkkür edirəm. Bu gün ab-hava möhtəşəm idi. Çoxdandır ki, milli komandanın oyununda belə atmosfer olmurdu. Hesaba baxmayaraq, sona qədər futbolçularımızı dəstəklədilər. O dəstək futbolçulara ruh verdi. İstəyirdik ki, evdə inamlı oynayaq, istəkli olaq. İslandiya oyununda bu alınmadı. Bəlkə də qələbə qazanmağı çox istəyirdik. Bu gün isə daha rahat idik, ilk qolu vurduq. Fransaya qol vurmağın özü də, çətindir. Rəqib bundan sonra daha da üstümüzə gəldi. Mübarizə gedirdi. Şahruddin Məhəmmədəliyevin zədəsi təsir etdi. Üçüncü qol zamanı istəyirdi sona qədər dayansın. Üçüncü qolda kömək edə bilmədi. Futbolçularıma əzmkarlığa görə təşəkkür edirəm. Nəticə istəyiriksə, səbr etməliyik. Vaxt önəmlidir. Yavaş-yavaş irəliləyiş var idi. İtkilərimiz çox idi. Əsas heyətin 5-6 futbolçusu oynamadı. Yeni oyunçular da qazandıq. Bu gün buna ehtiyacımız var. Tsikl bitdi. İrəliyə baxacağıq".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri milli komandamızın baş məşqçisi Ayxan Abbasov DÇ-2026-nın seçmə mərhələsində Fransaya 1:3 hesabı ilə uduzduğumuz oyundan sonra deyib.
Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb:
- Mustafa Əhmədzadəni meydana buraxmaq nə ilə əlaqədar idi?
- Mustafanın əvəzinə təcrübəli futbolçular var idi, buraxmaq olardı. İnanın ki, İslandiya matçında onu əsas heyətdə fikirləşirdik. Emin Mahmudov olmasaydı, meydana o çıxacaqdı. Gənc futbolçuları milliyə dəvət edəndə, göstəriş üçün etmirik, inanırıq. Mustafanın böyük potensialı var.
- Xəyal Əliyev son iki matçda start heyətində oynadı. Onun performansından razı qaldınız?
- Xəyal haqq edir. İki matçda da yaxşı performans göstərdi. Futbolda detallar var ki, ona oyun lazımdır. Bunun üzərində işləyirik. Xəyal millinin əsas üzvlərindən birinə çevrildi.
- Azərbaycan millisi bu tsikldə nələrə nail oldu?
- Bilirdik ki, çətin qrupdayıq. Püşkatmadan sonra Fransanın qrupumuzda olması rezonans doğurmuşdu. Faciəni tez-tez dilə gətirirdilər. Bəzən deyirdilər ki, oyuna getməsək, yaxşıdır. Görünürdü ki, inam azdır. Bu oyunlar gələcək üçün inam verdi. Hər şeyə qarşı mübarizə aparmaq olar. Futbolda çox sürətlə inkişaf edir. İstəkli olmasan, taktiki düz oynamasan, təsir edir. 4 oyunda taktiki baxımından oyunçularda irəliləyiş var. Oyunçularımıza inam da gəldi.
- Hesabda 1:3 geridə olanda Abbas Hüseynov cinah yarımmüdafiəçisi kimi oynadı. Orada Rüfət Abdullazadəni də düşünmək olardı. Abbası təcrübəsinə görə meydana buraxdınız?
- Oyundan öncə fikirlərimiz var idi. Şahruddini dəyişmək fikrimiz yox idi. Xəyal Əliyev, Qismət Alıyev, Renat Dadaşov da yorulmuşdu. Səbr edirdik. Renat oyundan çox düşmüşdü. Qismət Alıyevə kömək üçün ora Abbası buraxdıq. İkinci hissənin son dəqiqələrində sağ cinahda aut qazandıq, pressinq etdik. Taktiki gediş idi. Abbasın sağ yarımmüfiəçi kimi oynamasında problem yox idi. Oyunun axarı onu istədi.
- Futbolçu nəsili demək olar ki, yetişmir. AFFA ilə müqaviləni necə imzaladığınız açıqlanmayıb. Millidə qalsanız, hansı müddətdə hansı plan düşünəcəksiniz? Millini D divizionundan C divizionuna yüksəltmək, yoxsa ən aşağı bazada nəyəsə nail olmaq?
- Biz ilk olaraq, D liqasından qalxmalıyıq. Oradakı rəqiblər imkan verir ki, başabaş mübarizə aparaq. Problemlər çoxdur. Biz istəyirik ki, futbolçular tam formada olsunlar. Millinin ən az seçimi olan vaxtı idi. Geniş seçim deyildi. Oyundan qabaq desəydim, başqa cür başa düşülərdi. Sağ cinahda çox fikirləşdik ki, nə edək? Abbas formada olsa, milliyə çox kömək edər. Tək Qismətdir. Hücum xəttində oynayanlarımızın klublarında daimi oynaması vacibdir. Futbolçular klubda daim oynasalar, millidə çətinlik çəkməyəcəklər. Fikrimiz var, danışırıq. Bəzi detallar var, gələcəkdə tam aydın olacaq. Klubların da üzərinə iş düşür. Futbolun inkişafından danışırıqsa, belədir. Uzun söhbətdir. Qısa vaxtda demək lazımdırsa, əl-ələ verməliyik. Futbolun inkişafı tək AFA-dan asılı deyil. Gənclər klubda yetişir. Bunu da bilirik. Təəssüf ki, addımı yavaş atırıq.
- Sizi Millətlər Liqasında millinin başında görəcəyik?
- İnşallah. Səbr edək. Ağır durumdaydıq. Ukrayna oyunu öncəsi 1 gün vaxtımız var idi ki, oyunçuları hazırlayaq. Qısa vaxtda futbolçuları inandırmaq lazım idi. Qrupumuz çətin idi. Mübarizə var. Oyundan-oyuna hücumda istəyimiz var, çalışırıq. Vaxt da azdır. Nəyəsə nail olmaq istəyiriksə, vaxt olacaq. Yaxın zamanda dediyniz suallara aydınlıq gələcək.
- Əsas problem bir sıra futbolçuların klublarında oynamamasıdır. Onlar görünür ki, pulu düşünürlər. Həmin futbolçulardan hansısa birini "Şamaxı"ya gətirmək fikriniz var?
- Gəlsələr, hamısını götürərəm. Futbolçularla söhbətimiz olub. Oynamağı çox istəyirlər. Klublarında da rəqabətdə olmalıdırlar. Bu dəqiqə ən böyük çatışmazlığımız bu idi. Milli futbolçuları ideal formada olsa, zədəli olmasalar, potensial yüksəkdir.
- Millətlər Liqasında hücum futbolu görəcəyik millidən?
- Hücum və müdafiə futbolu söhbəti birinci yerdə dayanır. Oxuyuram, baxıram, dəbdə olan söhbətdir. Xahiş edirəm, futbollara diqqətlə baxın. ÇL-də bəzi komandalar var ki, "Mlan", "Yuventus" harada, necə müddafiə olunur. Burada fikir dəyişməlidir. Birinci hissədə Fransanı rəqib tərəfdə sıxmaq istədik. Fransa Ukrayna və İslandiya bu qədər hücum etməmişdi. Qələbə qazanmaq istəyirsənsə, hücuma getməlisən. Amma bunun üçün müdafiədə də etibarlı oynamalısan.
- Matçdan öncə məşqdə Sərxan Hacıyevlə söhbət edirdiz. Gələcəyinizlə bağlı söhbət idi?
- Gələcəklə bağlı ayaqüstü söhbət olmur, oturmalıyıq (gülür). AFFA rəhbərliyi hər məşq, oyunqabağı söhbətlər olur, futbolçuların yanındadırlar. Onlara təşəkkür edirəm. Fransa ilə oyundan danışırdıq.
- Mətbuata qarşı həmişə yaxşı olmusunuz. Sizin futbolçularınızda belə deyil. Anton Krivotsyuk, Renat Dadaşov mətbuata hörmətsizlik edirlər. Millidə vətənpərvər ruhu oyandırırıq. Bu da onun bir hissəsidir. Ricam odur ki, bu məsələni futbolçularla danışasınız...
- Birinci dəfədir eşitdim. Ola bilər. Nəzərimizdə olar, bu barədə futbolçularla danışırıq. Həmişə deyirik ki, futbolçular mətbuatdan qaçmasınlar.
- Rza Cəfərovu "Şamaxı"ya gətirib, Rikardo Fernandesi ehtiyatda saxlayarsınız?
- Bu yay olsaydı, fikirləşərdik. Bəlkə də Rikardonu milliləşdirək? (gülür).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları açıqlandı
-
15:04
Murad Fətiyev yarımfinalda uduzdu: “Bürünc” üçün yarışacaq
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
08.10.2026
07.10.2026
06.10.2026
























