24 May 2026, Bazar günü
“Heyətin güclənməsinə ehtiyac var”
Abbasov “Şamaxı”dan getdi
“Qarabağ” 3 futbolçu ilə vidalaşdı
Qurban Qurbanovdan qələbə şərhi

Ölkə futbolu

Elvin Bədəlov: “Fransa güclüdür, amma nəticə qazana biləcəyimizə inanırıq”

Azərbaycan millisinin müdafiəçisi Elvin Bədəlov DÇ-2026-nın seçmə mərhələsində Fransa ilə oyundan öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytının məlumatına görə, 30 yaşlı futbolçusu əvvəlcə görüşlə bağlı fikirlərini açıqlayıb:

- Bildiyiniz kimi, bu, son ev oyunumuzdur. Bilirik ki, Fransa millisi güclü rəqibdir, amma biz oyuna hazırıq. İnanıram ki, sabah azarkeşlərimizin dəstəyi ilə yaxşı oyun nümayiş etdirəcəyik və nəticə qazana biləcəyimizə də inanırıq.

- Kilian Mbappe sabahkı oyunda olmayacaq. Belə ulduz futbolçunun olmaması oyuna marağı azaldır?

- İnanmıram ki, maraq azalır. Bildiyim qədərilə stadion dolu olacaq. Azarkeşlərimizə təşəkkür edirəm. Mbappe gəlməsə də, Fransa millisində çoxlu ulduz futbolçular var və biz komanda olaraq onlara qarşı hazırlaşırıq. Məncə, Mbappesiz oyun daha çətin olacaq, çünki Fransa komandası daha ciddi yanaşacaq. Biz isə yalnız ona fokuslanmır, ümumilikdə Fransanı düşünürük. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31