Ölkə futbolu
Yaşar Seyidov: “Bu rəzil durumdan necə çıxaq?”
Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində İslandiyaya uduzub - 0:2.
Futbolxeber.az saytının məlumatına görə, AFFA İcraiyyə Komitəsinin keçmiş üzvü Yaşar Seyidov oyunu dəyərləndirib:
“Məğlubiyyətin səbəbləri çoxdur. Sözün düzü, bu nəticələrə görə indiki AFFA rəhbərliyini günahlandırmaq düzgün olmaz. Əsas məsələ, illərdir qeyri-peşəkar yanaşma, uşaq futbolunun idarəetməsində özbaşınalıqlar, klubların bərbad idarəsi, futbolçuların milli üçün düzgün və sistemli hazırlanmaması və son olaraq legioner limitinin ləğv olunmasıdır.
İslandiya ilə oyuna itkilərlə çıxmışdıq. Düzdür, Mahirin, Elvinin yoxluğu təsirini göstərdi. Həm də görünən o idi ki, Ayxan Abbasov müdafiə futbolu ilə bir xal qazanmaq niyyətində idi. Bu da başadüşüləndir. Ölkə olaraq bu qədər inkişaf edirik, amma millimizin futbolda sonuncu olması faciədir. İndi hamını bir sual düşündürür, nə etməliyik? Bu rəzil durumdan necə çıxaq?”
Mütəxəssis Azərbaycan futbolunun problemlərinə toxunub:
“Etiraf etməliyik ki, gələcəyin komandasını qurmaq üçün başda Qurban Qurbanov olmaqla, digər təcrübəli futbol mütəxəssislərimiz milli üçün inkişaf strategiyası hazırlamalıyıq. Milli ilə bağlı son strategiyada verilən vədlər vəd olaraq qalıb. Abbasovun gəlişindən sonra komandada milli ruh görünür, amma keyfiyyət də o deyil. Belə deyim, hücumçularımız 17 oyuna 2 qol vurursa, bu komandadan nə gözləyək?
Milli üçün futbolçu seçimi də yoxdur. Azərbaycan Liqasında oynamayanlar İngiltərə, Almaniya, Fransa çempionatlarında çıxış edənlərə qarşı necə oynaya bilər? Biz ancaq təsadüfi heç-heçələrə ümid edə bilərik”.
Seyidov durumdan çıxış yollarını söyləyib:
“Düşdüyümüz vəziyyətdən çıxmaq üçün strategiya ilə bağlı işlər görülməlidir. Yeni plan çox yüksək səviyyədədir, qalır bunu həyata keçirmək.
Uşaq futbolunun inkişafı üçün infrastruktur, diqqət lazımdır. Klublara bu məqsədlə ayrılan pulların xərclənməsinə nəzarət lazımdır. Təyinatlar düzgün deyil, lazımsız legionerlərə məvaciblər verilir.
Bu gün 10 yaşdan 19 yaşa qədər olan uşaqlar beton üzərində salınmış süni meydançalarda məşq keçir. Gənclər ancaq Premyer Liqa klubuna keçəndə təbii örtük görür. Gənclər peşəkar səviyyəyə çatana qədər dizində, belində travmalarla mübarizə aparır. Gənclərə nə şərait yaratmışıq ki, millilərdən də uğur gözləyək? Etiraf edək ki, şərait də, nəticə də bir-birinə uyğundur.
Uşaq futbolunu yaxşı bilən mütəxəssislər barmaqla sayılacaq qədərdir. Futbol sahəsində uzun müddətdir olan biri kimi deyim, nə qədər ki, dövlətimizin uşaq futbolu ilə bağlı siyasi iradəsi olmayacaq, milli komandalarımızdan nəticə gözləməyək. Azərbaycan futbol ictimaiyyətləri vəziyyəti və həqiqətləri, reallıqları qəbul etməlidir. AFFA mümkün olanı edir, amma bu səviyyədə də işləri həll etmək alınmır” (futbolpress.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
18:13
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır
-
17:37
“Səbail” qələbəni əldən verdi
-
16:49
Azərbaycan kubokunda daha 3 komanda mərhələ adladı
-
16:22
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
-
15:55
Milli Xalça Muzeyində cüdo üzrə dünya çempionatına həsr olunmuş sərgi açılıb
-
15:16
VII turun hakim təyinatları açıqlandı
-
15:04
Murad Fətiyev yarımfinalda uduzdu: “Bürünc” üçün yarışacaq
-
15:00
İspaniya millisinin sabiq üzvü 40 yaşında futbola qayıdır
-
14:28
“Sumqayıt”ın legioneri: “Çempionat daha maraqlı və gərgin keçir”
-
13:51
"Səbail" kamerunlu vinger transfer etdi
-
12:43
Qaşim Maqomedov Paris Qran-prisində mübarizə aparacaq
-
11:07
Avropa çempionatı: İki boksçumuz yarımfinalda
-
10:29
Sərtan Taşkın yenidən Azərbaycan klubunda
-
09:52
“Şahdağ Qusar”dan darmadağın
-
19:51
Millimiz "Antalyaspor"la yoldaşlıq oyunu keçirəcək
-
18:38
Dünya çempionatında 23 güləşçimiz mübarizə aparacaq
-
18:16
Elxan Səmədov “Ayın qolu”nun qalibini mükafatlandırdı
-
17:29
Azərbaycan kubokunda yeni mövsüm start götürdü: 2 oyunda 18 qol
-
17:05
Hidayət Heydərov: "Doğma Vətəndə uduzmaq ağırdır"
-
16:47
“Arsenal” Arteta ilə müqavilə yenilədi
-
15:52
AFFA üç komandaya texniki məğlubiyyət verdi
-
15:30
DÇ: Zelim qızıl, Ömər bürünc uğrunda yarışacaq
-
15:14
Millimiz FİFA reytinqində gerilədi
-
14:23
"Səbail" legioner hücumçu transfer etdi
-
14:00
AMADA "Qəbələ" üçün maarifləndirici seminar keçirib
-
13:31
Avropa çempionatı: Daha 5 boksçumuz 1/4 finala yüksəldi
-
12:06
"Kəpəz"in legioneri Slovakiyaya qarşı oynadı
-
11:48
İspaniya səfərdə Xorvatiyanı məğlub etdi VİDEO
-
11:25
Hakan Çalhanoğlu ilə bağlı şad xəbər
-
10:59
“Arsenal”ın hücumçusu “Atletiko” və “Yuventus”un hədəfində
-
10:37
"Qarabağ" məşqlərini davam etdirir FOTOLENT
-
10:02
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna böyük maraq: 4 minə yaxın bilet satılıb
-
09:14
“Neftçi”nin yarımmüdafiəçisi vida matçında Messiyə qarşı oynadı
-
19:36
U-21 millimiz Cəbəllütariqə qalib gəldi
-
19:27
Dünya çempionatı: Rəşid Məmmədəliyev Azərbaycana ikinci medalı qazandırdı
-
18:51
Rui Jorje: “Mən klubların işinə qarışa bilmərəm”
-
18:08
U-20 yığmamız Yaponiyanı məğlub etdi
-
17:19
Sefasın durumu nə yerdədir?
-
16:45
“Bavariya” Keynlə yeni müqavilə imzalayacaq
-
16:02
“Çelsi” “Barselona”nın müdafiəçisi ilə maraqlanır
-
15:23
I Liqada hakim təyinatları
-
14:36
Litva millisinin baş məşqçisi istefaya göndərildi
-
14:14
Voleybol millimiz İzmirdə hazırlıq keçəcək
-
14:00
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının 2027-ci il üçün keçirilmə tarixləri müəyyənləşib
-
13:51
5 boksçumuz mərhələ adladı
-
13:27
Azərbaycan Kuboku: I təsnifat mərhələsi üçün hakim təyinatları
-
12:49
Alen Şkribeklə Bakıda bir gün - “Neftçi TV”dən maraqlı vloq VİDEO
-
12:15
Ronaldo “Əl-Nəsr”in düşərgəsinə qayıtdı
-
11:32
Varkonyinin debütu yenə baş tutmadı
-
11:08
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
08.10.2026
07.10.2026
06.10.2026
























