Ölkə futbolu
Sessi D’Almeyda: "Neftçi"nin problemi məhz budur"
“Neftçi”nin yarımmüdafiəçisin Sessi D’Almeydanın Futbolxeber.az saytına müsahibəsi
- Hamı “Sumqayıt” üzərində qələbənin ardının gələcəyini düşünsə də, “Karvan”la görüşdə yenə qələbə qazanmadınız. Qolsuz heç-heçəni nə ilə əlaqələndirmək olar?
- Çox yaxşı oyun keçirdiyimizi düşünürəm. Sadəcə yenə də yaxaladığımız epizodları qola çevirə bilmədik. Bitiriciliklə bağlı problem bu dəfə də qələbə qazanmağımıza mane oldu. Bizim problemimiz məhz budur. Məşqlərdə bunun üzərində çox çalışmalıyıq.
- Oyun baxımından “Neftçi”nin axsadığını demək olmaz...
- Bəli, oyunumuz əladır, topa nəzarət edirik, rəqibi təzyiq altında saxlayırıq, təhlükəli vəziyyətlər yaradırıq, qapıya zərbələr vururuq. Bircə qalır qol vurmaq. Onu da bacarsaq, hər şey yaxşı olacaq.
- Artıq 6 tur geridə qalıb. Bu müddətdə “Neftçi” nə üçün hücumdakı problemi həll edə bilmir?
- Çox yaxşı sualdır... Bunun üzərində işləyib, növbəti oyuna qədər həll etməyə çalışacağıq. Məşqlərdə əsasən bitiricilik üzərində çalışmalıyıq.
- 6 oyunda 11 xal itirmisiniz. Çox deyil?
- Ötən oyunlar keçmişdə qalıb. Bundan sonra nə etsək də, xalları geri qaytara bilməyəcəyik. Qarşıda bizi potensial 3 xal gözləyir. Meydanda hər şey etməliyik ki, xalların sayını artıraq. Bura qədər itirdiyimiz xallar kifayətdir. Bundan sonra qələbələri sıralamalıyıq.
- Belə təəssürat yaranır ki, “Neftçi” iddialı komandalara qarşı daha rahat oynayır, nəinki qapanan rəqiblərə qarşı. Bu məntiqlə qarşıdakı turlarda “Zirə” və “Araz-Naxçıvan”la görüşlərdə yaxşı nəticəyə ümid etmək mümkündür?
- Sizinlə razılaşmaya bilmərəm. “Karvan” tipli komandalar əsasən müdafiənin qayğısına qalmaqla əks-hücumlara bel bağlayır. Rəqib böyük qüvvə ilə geri çəkiləndə müdafiəni yarmaq çətinləşir. Lakin istənilən halda bu cür komandalara qol vurmağın yollarını tapmalıyıq. Çünki mövsüm ərzində belə oyunlar çox olacaq.
- “Neftçi” orta xəttə yeni transfer gerçəkləşdirdi. İfeanyi Metyunun gəlişi sizi narahat etmir?
- Mənim üçün heç bir narahatlıq yoxdur. Rəqabətdən çəkinmirəm. Yeni futbolçuların gəlişi bizim üçün faydalıdır. Ümid edirəm ki, Metyu öz oyunu ilə komandamıza kömək edəcək, fayda verəcək.
- Formasını geydiyiniz Benin millisi seçmə mərhələnin sonuna iki tur qalmış ikinci pillədədir. DÇ-2026-ya yollanmaq şansınızı necə dəyərləndirirsiniz?
- Hazırda qrupda ikinci yerdəyik. Birinci pillədən 3 xal geri qalırıq. Qeyd etdiyiniz kimi, sona 2 tur qalıb. Həmin matçlarda lazımi nəticəni qazansaq, şansımız xeyli yüksələcək. Birinci olsaq, mundiala birbaşa vəsiqə əldə edəcəyik. İkinci yeri tutsaq, pley-offda çıxış edəcək. Hər bir futbolçu kimi, mən də dünya çempionatında oynamağı çox istəyirəm.
TAĞI
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Kipr - Monteneqro matçında 5 qol
- Millimizin qələbəsi
- Zirədə dramatik oyun
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
22:35
Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
-
19:47
Yevlaxda 4 qol vuruldu VİDEO
-
19:00
U-20 millimiz İraqa qalib gəldi
-
18:24
Sumqayıtda heyətlər müəyyənləşdi
-
17:51
Rəşad Sadıqov: “Emosiyalara qapılmaq vaxtı deyil”
-
17:33
I Liqada mərkəzi oyunda qalib müəyyənləşmədi
-
17:08
İlham Zəkiyev Misirdə Qran-pridə iştirak edəcək
-
16:45
Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
-
16:12
Kurtua “Real”la yeni müqavilə imzaladı
-
15:26
Üç şahmatçımız Qazaxıstanda yarışacaq
-
14:59
Basketbol millimiz Serbiyada təlim-məşq toplanışı keçir
-
14:00
Qazaxda İdman Festivalı keçirilir
-
13:37
Güləş millimiz Gürcüstanda çempion olub
-
13:14
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
12:41
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
-
12:25
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
-
11:52
Vernidubla “Neftçi” Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib FOTOLENT
-
10:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazanıb
-
09:47
XII turun hakim təyinatları
-
09:24
Xankəndidə vurulan qollar VİDEO
-
09:00
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
20.11.2026
19.11.2026
























