Ölkə futbolu
UEFA-nın saytı “Qarabağ”ın növbəti oyunundan yazdı
UEFA-nın saytında oktyabrın 1-i Çempionlar Liqasının 2-ci turu çərçivəsində keçiriləcək “Qarabağ” - “Kopenhagen” oyununa yazı həsr olunub.
Futbolxeber.az saytının məlumatına görə, yazıda qeyd edilir ki, Lissabonda “Benfika” üzərindəki qələbədən sonra “Qarabağ” uğuru davam etdirməyə çalışacaq.
“Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasının ümumi mərhələsinin ikinci turunda Bakıda Danimarkanın ən güclü komandası “Kopenhagen”i qəbul edəcək.
“Qarabağ” və “Kopenhagen” beşinci dəfə üz-üzə gələcək. Əvvəlki dörd görüşdə azərbaycanlıların 1 qələbəsi və 3 məğlubiyyəti var. Kuboklar Kuboku-1998/99-un təsnifat mərhələsində “Kopenhagen” evdə 6:0, səfərdə isə 4:0 hesabı ilə “Qarabağ”ı darmadağın etmişdi. Çempionlar Liqasının 2017/18 mövsümünün pley-off raundunda isə “Qarabağ” evdə 1:0 hesabı ilə qalib gəlmiş, Danimarkada 1:2 uduzsa da, səfər qolu qaydası ilə mərhələni adlamışdı”, - deyə yazıda vurğulanır.
Həmçinin qeyd edilir ki, “Qarabağ” avrokuboklarda başqa Danimarka klubu ilə qarşılaşmayıb, “Kopenhagen” isə Azərbaycanın digər təmsilçilərinə qarşı oynamayıb.
“Qarabağ” Çempionlar Liqasının əsas mərhələsinə ikinci dəfə vəsiqə qazanıb. İlk dəfə 2017/18 mövsümündə qrup mərhələsində çıxış etmiş, “Roma”, “Çelsi” və “Atletiko” ilə eyni qrupda sonuncu olmuşdu. Azərbaycan çempionu həmin oyunlarda iki xal toplamışdı. “Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində çıxış edən yeganə Azərbaycan klubudur.
Bu, “Qarabağ” üçün avrokuboklarda ardıcıl 12-ci ümumi/qrup mərhələsidir. Ötən mövsüm UEFA Avropa Liqasının ümumi mərhələsində azərbaycanlılar 8 oyundan 7-də uduzmuş (1 qələbə) və 36-cı yeri tutmuşdu.
“Kopenhagen” 2023/24 mövsümündən sonra ilk dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksəlib. Ümumilikdə bu, danimarkalılar üçün ən nüfuzlu turnirdə 7-ci qrup mərhələsidir və bu, Danimarka klubları arasında rekord göstəricidir.
Ötən mövsüm “Kopenhagen” UEFA Konfrans Liqasının 1/8 finalına çıxmış, orada “Çelsi”yə ümumi hesabda 1:3 məğlub olmuşdu. London təmsilçisi sonda turnirin qalibi olub.
Hər iki komanda avrokubok mövsümünə II təsnifat raundundan başlayıb.
- “Qarabağ” bu mövsüm Çempionlar Liqasında 7 oyundan 6-sında qalib gəlib (1 məğlubiyyət). I turda Azərbaycan çempionu Lissabonda “Benfika”ya qarşı 0:2 hesabından geri dönüş edərək qalib gəldi. Bu, klubun turnirin əsas mərhələsində ilk qələbəsi oldu.
- Son 4 Çempionlar Liqası oyununda “atlılar” 13 qol vurub.
- “Qarabağ” avrokuboklarda son 9 ev oyunundan 7-də məğlub olub (2 qələbə).
- “Kopenhagen” ümumi mərhələnin ilk oyununda evdə “Bayer”lə 2:2 oynayıb. Qolların 3-ü son 10 dəqiqədə vurulub. Danimarka çempionu bu avrokubok mövsümündə məğlub olmayıb (4 qələbə, 3 heç-heçə) və 5 oyunda qapısını toxunulmaz saxlayıb.
- “Kopenhagen” Çempionlar Liqasının qrup/ümumi mərhələsində son 4 oyunda məğlub olmayıb (2 qələbə, 2 heç-heçə).
- Çempionlar Liqasının əsas mərhələsində son 20 səfər oyununda “Kopenhagen” yalnız 2 dəfə qələbə qazanıb (4 heç-heçə, 14 məğlubiyyət).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- Azərbaycan komandası Avropa Açıq üzgüçülük yarışında estafetdə birinci olub
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
-
09:31
“Zirə”nin müdafiəçisi sona kimi ehtiyatda qaldı
-
09:17
Arda Gülər 2031-ci ilə kimi “Real”da
-
09:00
Yankoviç yenidən ermənilərə qarşı oynadı
-
20:35
“Neftçi”nin ən yaxın izləyicisi ilə oyuna bilet satışı davam edir
-
19:51
AMADA "Zirə"nin aşağı yaş qruplarından ibarət komandaları üçün seminar keçirib
-
18:47
Prezident İlham Əliyev cüdo üzrə dünya çempionatının açılış mərasimini izləyib FOTOLENT
-
18:12
Azərbaycan klubunda yeni məşqçi təyinatı
-
17:29
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
-
17:00
"Sumqayıt" qarşıdakı iki ev oyununu "SOCAR Polymer Arena"da keçirəcək
-
16:46
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb
-
16:18
Masallıda güləş üzrə Lənkəran-Astara regionunun açıq turniri keçirilib
-
15:54
DÇ: Cüdoçularımız günü medalsız başa vurdular
-
15:37
İnfantino Monqolustanda: Ölkə prezidenti ilə görüşdə Elxan Məmmədov da iştirak etdi FOTOLENT
-
15:01
Bakıda keçiriləcək ilk FIFA U-15 dünya çempionatı və festivalına hazırlıq işləri davam edir
-
14:45
“Sumqayıt”ın üzvləri ekoloji layihədə iştirak ediblər FOTOLENT
-
14:23
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
-
13:59
Azərbaycanlı hakimə UEFA-dan təyinat
-
13:32
Ukrayna klubunun baş məşqçisi: “Renat Dadaşov əsl hücumçudur”
-
13:16
İrina Zaretska Avstriyada qızıl medal qazanıb
-
13:00
Maqsud Fərzullayev: "Formula 1"dən sonra yolların mümkün qədər tez bərpa olunmasına çalışırıq"
-
12:28
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adladı
-
12:04
"Formula 1" üzrə Azərbaycan Qran-prisinə 120-dən çox ölkədən azarkeş gəlib
-
11:47
Anastasiya Abramovanı “Tümen”i “Gəncə”yə dəyişdi
-
11:15
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
III Beynəlxalq Xankəndi Ultramarafonunda beş ölkədən 100 atletin iştirakı gözlənilir
-
10:29
Mahir Məmmədov FIDE prezidenti ilə görüşüb
-
10:13
"Dinamo" 3 xalı 4 qolla qazandı VİDEO
-
09:52
Edqar U-21 yığmasına qoşuldu
-
09:30
Dünya çempionatı: Daha dörd cüdoçusu mübarizəyə başlayır
-
21:14
Dünya çempionumuz: “Çox xoşbəxtəm, sevincimin həddi-hüdudu yoxdur”
-
20:26
Azərbaycanın batut gimnastları Dünya Kubokunda bürünc medal qazanıblar
-
19:41
“Dinamo” “Ağdaş”ı darmadağın etdi
-
19:08
Cüdoçumuz dünya çempionu oldu!
-
18:57
Millimiz Litvanı tək qolla məğlub etdi
-
18:12
U-17-dən növbəti biabırçı məğlubiyyət
-
17:30
“Neftçi” “Jalgiris-Vilnüs”ə qalib gəldi
-
16:45
Rui Jorje: “Daha keyfiyyətli oynamalıyıq”
-
14:59
Futbol azarkeş üçündür... qeyrisi təfərrüatdır
-
14:23
4 boksçumuz Avropa çempionatına qələbə ilə başladı
-
13:16
Kamilo Duran Kolumbiya millisində debüt etdi
-
12:37
Elçin Məsiyevə UEFA-dan növbəti təyinat
-
11:08
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:41
“Neftçi”nin legioneri millidə növbəti oyuna çıxdı
-
10:24
İngiltərə millisi Xorvatiyanı top tutdu VİDEO
-
09:52
Dünya çempionatı: 4 cüduçumuz mübarizəyə start verir
-
09:30
"Turan Tovuz" "Fənərbaxça" oyunundan VİDEO
-
22:00
“Turan Tovuz” “Fənərbaxça”ya uduzdu
-
20:42
Qurban Qurbanov: “Normal hazırlaşa bilmirik”
-
20:27
U-20 millimiz Moldovaya uduzdu
-
19:53
Rəşad Sadıqov: “Belə uzun fasiləyə öyrəşməmişik”
06.10.2026
05.10.2026
04.10.2026
03.10.2026
























