30 May 2026, Şənbə
“Qrup lideri olmaq niyyətindəyik”
Millimiz İtaliyanı məğlub etdi
Kaxaber Sxadadzedən qələbə şərhi
“Qəbələ” “Mingəçevir”ə qalib gəldi

Ölkə futbolu

“Qarabağ” dünyada 111-cidir!

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) dünyanın ən güclü klublarının reytinq cədvəlini açıqlayıb. Siyahıda 200 ən güclü komanda yer alıb. Avropa Liqasında 3 mərhələ keçən “Qarabağ” dünyanın 111-ci komandasıdır. Hesabında 119,5 xal olan Qurban Qurbanovun yetirmələri “River Pleyt” (Argentina), “Marsel” (Fransa), ÇSKA, “Anji” (hər ikisi Rusiya), “Udineze” (İtaliya), “Anderlext” (Belçika), “Malaqa” (İspaniya), “Nyukasl”, “Everton”, “Liverpul”, “Uiqan” (hamısı İngiltərə), “Volfsburq”, “Ştutqart” (hər ikisi Almaniya), “Kopenhagen” (Danimarka) kimi klubları arxada qoyur.

Sıralamaya “Bavariya” başçılıq edir. “Real” ikinci, “Çelsi” isə üçüncüdür. İlk “onluq”da həmçinin “Atletiko”, “Barselona”, PSJ, “Bazel”, “Atletiko Mineyro”, “Tottenhem” və “Benfika” klubları yer alıb. Ruslan Abışovun çıxış etdiyi “Rubin” isə 11-cidir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31