6 Oktyabr 2026, Çərşənbə axşamı
U-20 yığmamız Yaponiya ilə üz-üzə
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu

Ölkə futbolu

Şahin Diniyev istefa verdi - RƏSMİ

“Səbail"in baş məşqçisi Şahin Diniyev istefa verib.
 
Futbolxeber.az saytının məlumatına görə, o, bu haqda qərarını Azərbaycan Premyer Liqasının 12-ci turunda səfərdə "Kəpəz"ə qarşı matçdan (0:1) sonra açıqlayıb.
 
Diniyev keçirdiyi mətbuat konfransında rəhbərliklə görüşdüyünü və öz xahişi ilə istefa verdiyini söyləyib.
 
Ş.Diniyev deyib ki, “Səbail”də bundan sonra nəyisə dəyişmək üçün özündə güc görmür: "Mənə dedilər, səbr et. Amma bu materialla nəyisə dəyişəcəyimə özümdə güc görmürəm. Komandaya yeni nəfəs lazımdır.  Bu, mənim yekun qərarımdır".
 
Qeyd edək ki, "Səbail" hazırda Azərbaycan Premyer Liqasında 12 oyundan 7 xalla 9-cu yeri tutur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31