Ölkə futbolu
Oyunun 44-cü dəqiqəsi... - Nadir Yalçın yazır
- Sizə bir həqiqəti deyəcəm.
İdman jurnalistləri İbrahim Cəfərov və Rasim Sultanzadə gözlərini mənə zilləyib hansısa vacib etirafı gözlədilər.
- İlk dəfədi ki, futbolu stadiondan izləyəcəm.
İdman jurnalistlərinin yanında bunu demək, doğrudan da, gülməli idi. Təbii ki, “Sumqayıt”la “Səbail”in oyununa qədər İbrahimdən komandaların heyətləri, baş məşqçiləri, yaranma tarixləri, vacib uğurları və digər məsələlər barədə bəzi şeyləri öyrənmişdim.
Oyun barədə fikirlərim yığcamdır, matçın fonunda baş verənlər barədə isə bir-iki qeydim var.
Stadiona çataçatda Rasimə dedim ki, gəl, Ehtiram İlhama zəng edək, oyundan sonra görüşüb söhbətləşək.
- Alo, Ehtiram əmi, Sumqayıtdayam.
- Allahına qurvan olum ayə! Hayandasan?
- Stadiona gedirik, oyun bitsin, zəngləşək, görüşək.
- “Avtoşkola”nın yanındakı stadionumu deyirsən, dərdin alem?
Mən, cəmi, 4-cü dəfə idi Sumqayıtda olurdum və sözsüz ki, “avtoşkola”nın yerini bilə bilməzdim. Nədənsə Rasimlə dəqiqləşdirməmiş dedim:
- Hə, Ehtiram əmi, “avtoşkolanın” yanındakı stadiondayıq.
Xülasə, oyun başladı. Maraqlı, dinamik, həyəcanlı qarşılaşma idi, təsəvvür edin, oyunçuların yıxılmaqları ilə durmaqları bir olurdu. Görüş yubanmırdı, hadisələr, həlledici məqamlar sürətlə cərəyan edirdi. Oyunun texniki tərəfi barədə yazmağa sözüm çox deyil. Onu demək olar ki, “Səbail”in performansı əla idi, “Sumqayıt” da ondan geri qalmırdı.
Oyunun əvvəllərində top “Səbail”in qapısı tərəfə qüvvətli zərbə ilə göndərilsə də, stadionun hündür divarını belə aşıb o biri tərəfə düşdü. Gördüm arxadan kimsə qışqırdı:
- Buna bax e! Top “avtoşkola”ya getdi...
Bayaqdan narahat idim, onda bildim ki, Ehtiram İlhama düz demişəm, “avtoşkola”nın yanındakı stadiondayıq...
Azarkeşlərin yarısı azyaşlılardan, yeniyetmələrdən ibarət idi. Futbola heyranlığı divanəlik səviyyəsində olan insanlar var. Həmin uşaqların gözündən heyranlıq, dəhşət maraq, qaliblik ehtirası yağırdı. Bizdən üç sıra aşağıda yaşları beş-altıdan çox olmayan uşaqlar oturmuşdular. Əllərində də vuvuzelanın balaca variantından var idi. Vuvuzelanın ağzı saksafonun ağzına bənzəyir, zurnaya bənzər səs çıxarır. Uşaqlar yeri gəldi-gəlmədi vuvuzelanı üfürürdülər. “Sumqayıt”ın fan-klubu marş oxuyanda, şüar deyəndə uşaqlar da fəaliyyətə başlayırdılar və heç nə üst-üstə düşmürdü. Həmin uşaqlardan bir sıra öndə cavan xanım əyləşmişdi və tez-tez çönüb onlara göz ağardırdı. İgidlər əsəbi halda ayağa qalxıb fan-klubun yanına yüyürdülər və onlarla birgə oyunun həyəcanın yaşamağa başladılar. Vuvuzelanı da düz məqamda çalmağa başladılar. Futbola baxanda da gərək öz yerində olasan...
Matçın ikinci yarısında “Sumqayıt”ın 8 nömrəli oyunçusu Səbuhi Abdullazadə komanda yoldaşı ilə əvəzləndi. Bayaq “avtoşkola”nı yada salan oğlan gördüm yenidən qışqırır:
- Səbuhiiiii, ay Səbuhiiiii, hara getdün, ala?
Gic gülmək tutdu məni, “Yuxu” filmini xatırladım: “Əlabbbasss, aaay Ələbbasss, çıx daaa, getdilər e!”
Elə bu an kimsə meydançaya butulka atdı. Bir haray düşdü ki! İndi oyun yaddan çıxıb, hamı durub ayağa, butulka gələn tərəfə boylanır. Sözsüz ki, polislər həmin adamı stadiondan kənarlaşdırdı. Yerindən durub o tərəfə qaçan kim, səs-küy salan kim, bir sözlə, qəribə bir situasiya... Həmin hadisəyə məhəl qoymayıb oyunun həyəcanından ayrılmayanlar da var idi. Deməli, əsl azarkeşlik başqa şeydi!
“Sumqayıt” avtoqol nəticəsində qalib oldu, oyun 1:0 hesabı ilə bitdi. Sona yaxın “Səbail”in iki küncdən zərbəsi oldu. Gördüm, “Səbail”in “1 nömrəsi” götürüldü qabağa, gəlib “Sumqayıt”ın qapısının ağzında dayandı, son dəqiqələr idi, ürəyindən qol vurmaq keçirdi, alınmadı... Sonra yenidən bunu təkrarladı, yenə də alınmadı. Oyunun bitməsinə işarə edən fit səslənəndə “Səbail”in oyunçuları hakimə tərəf gəlib nəyəsə etiraz edirdilər. Hakimin saatını göstərməsindən belə başa düşdüm ki, ədalət qoruyucusu artırılan vaxtın da yekunlaşdığını deyirdi. “Səbail” isə məğlubiyyətlə barışmaq istəmirdi...
Oyunun müxtəlif anlarından bəhs etdim. Çox vaxt matç barədə danışanda hansı hadisənin neçənci dəqiqə baş verdiyini vurğulayırlar. Mən isə bu reportajda heç bir dəqiqəni xüsusi xatırlamıram, 44-cü dəqiqədən başqa... Oyunun 44-cü dəqiqəsi hamı ayağa qalxdı və “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirdilər. Müharibədən sonra bütün oyunların 44-cü dəqiqəsində belə olurmuş. Gözüm doldu və oyunun 44-cü dəqiqəsi ən qiymətli an kimi yaddaşıma yazıldı. Hər dəfə 44-cü dəqiqədə Vətən müharibəsini yada salıb ayağa qalxan xalq məğlub ola bilməz; odur ki, “Səbail” də qalib idi, “Sumqayıt” da...
Nadir YALÇIN
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- "Neftçi” qələbəni əldən verdi
- Millimiz Çexiyaya məğlub oldu
- Berdiyev məğlubiyyəti şərh etdi
- Vernidub: “Son 2 oyunda 4 xal itirdik”
- “Qarabağ” çempion olmaq istəyir”
- Kandido: “Qələbəyə layiq idik”
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Qarabağ” - “Neftçi” oyununun hakimləri müəyyənləşdi
- “Neftçi” 5 min manat cərimələndi
- Azərbaycan kubokunda yeni rekord
- Asif Məmmədovdan 18 ilin rekordu
- "Sumqayıt"ın qələbə həsrəti bitdi
- “İmişli”də baş məşqçi istefası
- Kurban Berdiyev: “Bu sualı niyə mənə verirsiniz?”
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
-
12:00
“Qəbələ”nin futbolçusu: “Millidə oynamaq hər bir futbolçu üçün şərəfdir”
-
11:36
"Arsenal"dan çətin qələbə VİDEO
-
11:13
Millimizin üzvü oynamadı, komandası xalsız qaldı
-
10:58
PFL-dən “Zəfər Günü” süjeti: “Futbol döyüş yorğunluğumuzu çıxarmaq üçün yaxşı vasitə idi” VİDEO
-
10:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:22
"Qalatasaray"ın oyununda 7 qol vuruldu VİDEO
-
10:09
Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
-
09:54
"Bavariya" səfərdə sevindi VİDEO
-
09:31
Rüfət oynadı, komandası qalib gəldi
-
09:17
"Mançester Siti" uduzdu VİDEO
-
09:00
Azərbaycan Zəfər Gününü qeyd edir
-
21:55
Zirədə 3 qol vuruldu VİDEO
-
21:37
Sadıqov: "Önəmli 3 xal qazandıq"
-
21:14
Yeton Bekiri: “Zamanımız var"
-
20:28
“Zirə” “Qəbələ”yə qalib gəldi
-
16:06
"Kəpəz" milli fasilə zamanı yoxlama oyunu keçirəcək
-
15:43
Cüdo üzrə böyüklər arasında Bakı şəhər çempionatı keçiriləcək
-
15:12
U-21 millimizin heyəti açıqlandı
-
14:51
Danimarkalı vinger “Arsenal” və PSJ-nin hədəfində
-
13:39
Tofiq Əliyev dünya çempionatının gümüş mükafatçısı olub
-
13:25
Emin Mahmudov: “O qol heç vaxt yaddan çıxmayacaq"
-
13:00
Azərbaycanın batut gimnastları dünya çempionatında gümüş medal qazanıblar
-
12:48
NTD-dən növbəti transfer
-
12:24
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib FOTOLENT
-
11:56
“Yuventus” 19 yaşlı hücumçu ilə maraqlanır
-
11:33
Musa Qurbanlı: “Hər nə qədər çətinə düşsək də, hədəflərimiz dəyişmir”
-
11:17
Türkiyə klubunda yeni baş məşqçi
-
10:45
Azərbaycan gimnastı dünya çempionatında finala vəsiqə qazanıb
-
10:21
Cenk Sümer: “Neftçi” bu gün boş tribunalar önündə oynamağı haqq etmir”
-
10:09
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:52
"Kasımpaşa"nın qələbəsi VİDEO
-
09:30
Cəlal oynadı, komandası qalib gəldi
-
23:05
"Neftçi" 3 xalı tək qolla qazandı VİDEO
-
22:36
Vernidub: “Sevinirəm ki, meydana sonradan çıxanlar nəticə verirlər”
-
21:58
"Zəfər Turu": "Turan Tovuz" və "Neftçi" qələbə qazandı
-
21:11
"Turan Tovuz" "Qarabağ"ı tək qolla üstələdi VİDEO
-
20:49
Qurban Qurbanov: "Bu, onların haqqı idi”
-
20:24
Kurban Berdıyevdən qələbə şərhi
-
19:00
“Neftçi” - “Kəpəz”: Heyətlər açıqlandı
-
18:37
Riçarlison “Qalatasaray”a keçir?
-
18:03
BOS: "Borussiya"nın ittihamı əsassızdır, "Barselona" isə narahat olmaya bilər" FOTOLENT
-
17:45
“Barselona” daha 3 futbolçusu ilə müqavilə yeniləyəcək
-
17:23
Azərbaycanın tamblinq millisi ardıcıl üçüncü dəfə dünya çempionu olub
-
16:56
“Qarabağ” - “Turan Tovuz”: Heyətlər müəyyənləşdi
-
16:31
Emin Mahmudov: "Milli formanı geyindiyim ilk günü heç vaxt unutmayacağam"
-
16:19
I Liqa klubunda yeni prezident
-
16:00
PFL “Ayın qolu”nun müəllifini mükafatlandırdı
-
15:38
Azərbaycanla oyuna 15 nəfər çağırıldı
-
15:02
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb
-
14:44
Üzgüçülərimiz Belarusda 2 medal qazanıblar
08.11.2026
07.11.2026
06.11.2026
























