23 May 2026, Şənbə
Qurban Qurbanovdan qələbə şərhi
"Sabah" və "Qarabağ"dan qələbə
"Qəbələ" "Şamaxı"nı məğlub etdi
"Neftçi" ölkə kubokunun qalibi oldu

Ölkə futbolu

“Qəbələ”nin hücumçusuna sərt cəza

AFFA İntizam Komitəsi “Qəbələ”nin futbolçusu Samuel Tettehi 4 oyunluq cəzalandırıb.

Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, qanalı hücumçunun Azərbaycan Premyer Liqanın XVII turunda “Səbail”lə keçirilən səfər görüşünün 36-cı dəqiqəsində təcavüzkar davranışa yol verməsi buna səbəb olub.

Rəqibə zərbə endirdiyi üçün birbaşa qırmızı vərəqə alan 27 yaşlı forvardın cəzasının 2 oyunu şərti olacaq. Onun bu davranışı “Qəbələ”ni 3000 manat ziyana salıb.

“Kəpəz”lə matçın 26-cı dəqiqəsində və oyun bitdikdən sonra azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Sumqayıt” 1500 manat cərimələnib.

“Araz-Naxçıvan”la qarşılaşmada 4 futbolçusu sarı vərəqə alan “Sabah” isə 700 manat cərimə ödəyəcək.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31