6 Oktyabr 2026, Çərşənbə axşamı
U-21 millimiz Cəbəllütariqə qarşı
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi

Ölkə futbolu

Cica: “Qarabağ”da çox qol vuracağıma inanıram”

“Qarabağ”ın albaniyalı hücumçusu Redon Cica futbol üzrə Ağdam klubuna keçid və Azərbaycan haqda təəssüratlarını növbəti dəfə bölüşüb.

Futbolxeber.az saytının xarici KİV-ə istinadən verdiyi məlumata görə, 25 yaşlı hücumçu Bakıda çox yaxşı qarşılandığını deyib:

“Belə səmimi qarşılanacağını gözləmirdim. Ansi Aqolli ("Qarabağ"ın albaniyalı sabiq futbolçusu - red.) burada əfsanədir. Bakıya heyran oldum. Burada çox sürətli futbol oynayırlar. Bu, bizimlə Azərbaycan arasında böyük fərqdir. “Qarabağ”da çox qol vuracağıma inanıram. Bu, hər bir hücumçunun arzusudur. Müntəzəm olaraq start heyətdə meydana çıxmaq üçün uğurlu çıxış etmək istəyirəm”.

Qeyd edək ki, "Qarabağ" bu qış Redon Cica ilə 2026-cı ilin iyununa qədər müqavilə imzalayıb.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31