5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

Murad Musayev çempionluq barədə: “20 turdur eyni sualı eşidirəm”

“Çətin oyun alındı. Komandalardan heç biri uduzmaq istəmirdi. Ona görə də fərdi mübarizələrin sayı çox idi. Şadam ki, 90 dəqiqə ərzində komandamız dayanmadı. Son akimi mübarizə apardı və ikinci hissədə vurduğumuz qollarla vacib qələbə qazandı”. 

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycan Premyer Liqasının XX turunda “Qəbələ”ni məğlub etdikləri oyundan (3:0) sonra deyib. 

Rusiyalı mütəxəssis fasilədə iki dəyişiklik etməsinin səbəbini belə izah edib: “Fasilədə Elvin Camalovla Amin Seydiyevi əvəzlədik. Onların ikinci sarı vərəqə almaq təhlükəsi var idi. Yəni əvəzetmələr oyunları ilə bağlı deyil”.  

Musayev zədədən qayıdan Namiq Ələsgərov və Zurab Oçiqava haqda da danışıb: “Zurab yarım il meydandan kənarda qaldı. Antalyadakı hazırlıq oyunlarında da forma geymədi. Komanda ilə birgə məşq edir. Zamanla ona da şans verəcəyik. Çünki Zurab bizim üçün vacib futbolçudur. Düşünürəm ki, tezliklə 100 faiz hazır olacaq. Amma komandamızda mərkəz müdafiəçisi mövqeyində rəqabətijn güclü olduğunu da unutmamalıyıq. Namik Ələsgərov da dekabrda əməliyyat olunmuşdu. Antalyadakı yoldaşlıq görüşlərdində o da meydana çıxmadı. Baxmayaraq ki, Zurabla müqayisədə Namikin zədəsi ciddi deyildi. Son günlər addım-addım formasını bərpa edir”.

“Sabah”ın çalışdırıcısı turnir cədvəlində üçüncü pillədə olan “Neftçi”dən uzaqlaşmaları və əsas rəqiblərinin “Qarabağ”olması barədə sualı belə cavablandırıb: “20 turdur eyni sualı eşidirəm, eyni cür də cavab verirəm - başa düşürəm, jurnalistlər çempionatda intriqa olmasında maraqlıdırlar. Lakin unutmayaq ki, “Sabah” yeni, “Qarabağ” isə çox təcrübəli komandadır. Əla transferlər edirlər, əla oyun göstərirlər. Üstəlik, bizdən 7 xal da irəlidədirlər. Biz hər oyundan oyuna daha yaxşı çıxış etməyə çalışırıq. “Neftçi” də yaxşı transferlər edib. Əminəm ki, onların da çıxışı yaxşılaşacaq”. 

Murad Musayev məqsədlərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu söyləyib: “Bizim məqsədimiz mövsümün sonunda avrokuboklara vəsiqə əldə etməkdir. Bəli, yekunda hazırkı mövqedə olmağımızı istərdik. Lakin qarşıda hələ 16 tur var. Ona görə də arxayınlaşmaq olmaz”. 

“İctimaiyyətin “Sabah”ı çempionluq uğrunda mübarizədə “Qarabağ”a rəqib görməsinin nəyi pisdir ki” sualını mütəxəssis belə cavablandırıb: “Mənim üçün bu sözləri eşitmək xoşdur. Bunda pis nəsə yoxdur. Lakin siz hər oyundan sonra mənə eyni sualı verirsiz. Mən hər oyunda qələbə qazanmaq, avrokuboklara vəsiqə qazanmaq, “Qarabağ”la çempionluq uğrunda mübarizə aparmaq istəyirəm. Bunu danmıram. Ancaq reallıq var. İndiki məqamda biz daha yaxşı işləməliyik. Futbolda hər şey tez dəyişir. “Qarabağ”la mübarizə aparmaq üçün üzərimizə düşən hər şeyi edəcəyik. Amma yalandan söz verməyim düz deyil”.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31