3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Elmar Baxşıyev: “Komandam mənə sürpriz etdi”

"Komandamız oyuna yaxşı köklənmişdi. Məşq prossesində də bunu hiss edirdik. Həm biz, həm də siz oyundan zövq aldınız. Dinamika yaxşı idi. Beş gündən bir oynayacağıq. Hələ ki, kubokda az da olsa, şansımız qalır. Daha yaxşı bərpa keçib, qarşıdakı oyuna hazırlaşacağıq".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan kubokunun 1/4 finalının "Qarabağ"la keçirilən ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, 2:2 hesabı ilə başa çatan matçı belə şərh edib: "Qarabağ"a qarşı oyun baxımından komandam mənə sürpriz etdi. İstədiyimi komandamdanı görürdüm. Uduza da bilərdik. Amma ümumi göstərdiyimiz performansı, komandanın əziyyətini heç-heçəyə dəyərləndirərdim. Komandamın oyunundan razıyam. Bu gün baxımlı oynadıq".

Baş məşqçi "Qarabağ"ı keçə biləcəksiz" sualını belə cavablandırıb: "Şans varsa, sona qədər mübarizə aparmağa çalışmaq lazımdır. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, növbəti mərhələyə çıxaq. Amma "Qarabağ" cütün favoritidir".

Elmar Baxşıyev səfər qolunun ləğvinə görə təəssüflənmədiyini, bunun bütün komandalara aid olduğunu bildirib.

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31