3 Oktyabr 2026, Şənbə
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi
"Qarabağ" "Zirə" ilə qarşılaşacaq
Millimizdən 5 qollu məğlubiyyət
Canninin gəlişindən sıxılan canlar

Ölkə futbolu

Rəşad Sadıqov: “Məsələ cavab görüşündə həll ediləcək”

"Kubokda ilk oyunu şərh etməyi heç sevmirəm. Sanki birinci hissədə oynayırsan, fasilədə matçı şərh edirsən. Meydanda amansız mübarizə getdi. Əsl kubok avb-havası var idi. Böyük hesab yoxdursa, demək, məsələ cavab görüşündə həll ediləcək".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan kubokunun 1/4 finalının "Neftçi"yə qalib gəldikləri ilk oyunundan sonra mətbuat konfransında deyib.

O, 1:0 hesablı qələbəni belə şərh edib: "Neftçi" pressinq edirdi. Onlar bizi ikinci zonada qarşılayırdı. Qapılara zərbə yoxdur. İkinci hissədə iki hücum oldu. Hər iki komanda bir-birinə oynamaq imkanı vermədi. Bu da gözlənilən idi. Əvvəlki matçlar da amansız mübarizə şəraitində keçmişdi".

Sadıqov uzun müddət zədə səbəbndən oynamayan Filipe Paxtmanın yenidən sıradan çıxmasından da danışıb: "Bizi məyus edir. Amma onun istedadına inanıram. Allah qoysa, zədələri geridə qoyub, öz potensialını açacaq".

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31