3 Avqust 2026, Bazar ertəsi
ÇL-də pley-offun püşkü atıldı
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi

Ölkə futbolu

Stamenkoviç: "Bəzi oyunlarda xal itirməsəydik..."

“Neftçi” PFK-nın qapıçısı Saşa Stamenkoviç klubun rəsmi saytına açıqlama verib: “Çempionatın 7 turu artıq geridə qalıb. Bəzi oyunlarda xal itirməsəydik, hazırda ilk pillədə də ola bilərdik. Bununla belə, liderlər qrupunda qərarlaşmışıq və çempionluq mübarizəmizi davam etdiririk. Hər oyunda olduğu kimi, “Qarabağ”la matçda da məqsədimiz bəllidir. Əlbəttə, hər qapıçı istəyər ki, meydanı qol buraxmadan tərk etsin. Bununla belə, qələbə daha vacibdir. Azarkeşlərin bu görüşə “Avropa derbisi” adı verməsi də məncə təsadüfi deyil. Şübhəsiz ki, bu qarşılaşma da Avropa Liqasının qrup mərhələsində “Partizan” və “Rubin” komandalarına qarşı keçirdiyimiz oyunlar qədər maraqlı olacaq. Derbi oyunları nə qədər çox olsa, həm çempionatın səviyyəsi yüksələr, həm də stadionlara daha çox azarkeş gələr”.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31