3 Avqust 2026, Bazar ertəsi
"Qarabağ" ciddi itki ilə üzləşdi
"Qəbələ"də braziliyalı qapıçı
“Qəbələ” qələbəni əldən verdi
"Turan Tovuz" qələbə qazandı

Ölkə futbolu

“Neftçi” üçün yeni rəqib - “Domjale”

“Neftçi”nin təlim-məşq toplanışı çərçivəsində keçirəcəyi ikinci yoxlama oyunundakı rəqibi dəyişib.

Futbolxeber.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Macarıstanın “Fehervar” klubu zədəlilərinin çox olması ilə əlaqədar "Neftçi" ilə sınaq matçından imtina edib.

Buna görə də “ağ-qaralar” iyunun 24-də Sloveniyanın “Domjale” klubu ilə qarşılaşacaq. “Domjale” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da start götürəcək və “Neftçi TV” vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, Sloveniyanın Kranyska Qora bölgəsində yerləşən “Ramada Hotel & Suites”də məskunlaşan "Neftçi"  toplanış çərçivəsində ilk yoxlama oyununu iyunun 21-də “Kodeljevo Sport Ljubljana” stadionunda yerli “Olimpiya” (Lyublyana) klubuna qarşı keçirib (1:1). "Ağ-qaralar" iyunun 29-u Moskva “Spartak”ı ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31