Ölkə futbolu
Azərbaycan millisi - gələcəyin komandasını qurmaq mümkündü (QEYD)
AVRO-2020-nin seçmə mərhələsinə uğursuz start verən milli komandamız son 2 görüşdə cəmi 1 xal qazansa da, gələcəyə ümid verdi. Söhbət təkcə göstərilən oyundan getmir. Məşqçilər Komitəsinin sədri, təcrübəli mütəxəssis Vaqif Sadıqovun da qeyd etdiyi kimi, yığmamızın Xorvatiya ilə oyunu təkcə dünya çempionatının finalçısı ilə heç-heçə etməyimizlə yadda qalmadı. Həm də meydandakı gənclərin inamlı çıxışı gələcəyə nikbin baxmağa əsas verdi. Hazırda milli komandamızın heyətində son illərdə olmadığı qədər gənc futbolçunun yer alması gələcəyə olan ümidlərimizi artırır.
Millimizin Xorvatiyaya qarşı start heyətinə diqqət edək. Heyətdə ən yaşlı futbolçular 31 yaşlı Pavel Paşayev və Cavid Hüseynov idi. İlk “11-lik”də yer alanlardan Şəhriyar Rəhimovla Maksim Medvedevin 30, Dmitri Nazarovun isə 29 yaşı var. Qara Qarayevdən sonra (27 yaş) yerdə qalan 5 nəfər arasında ən yaşlısı yığmada debüt matçında adından söz etdirən 25 yaşlı Emil Balayevdir. Ramil Şeydayevin 23, Bəhlul Mustafazadə və Mahir Emrelinin 22, Anton Krivotsyukun isə cəmi 21 yaşı var. Xorvatiya ilə oyunda yığmamızın orta yaş həddi 25,5 olub.
Xorvatlarla görüşdə ehtiyat oyunçular skamyasında qalan futbolçulardan ən qocası 30 yaşlı Riçard Almeyda, ən gənci isə 19 yaşlı Renat Dadaşovdur.
İkinci hissədə forma geymək şansı qazananlardan - millimizin bərabərlik qoluna imza atan Təmkin Xəlilzadənin, eləcə də Rəşad Eyyubovun 26, Emin Mahmudovun isə 27 yaşı var.
Yaşı 29 və daha artıq olanları çıxsaq, görmək olar ki, hazırda yığmaya cəlb olunanlardan Emil Balayev (25), Bəhlul Mustafazadə (22), Anton Krivotsyuk (21), Mahir Emreli (22), Ramil Şeydayev (23), Şahruddin Məhəmmədəliyev (25), Araz Abdullayev (27), Emin Mahmudov (27), Ağabala Ramazanov (26), Ömər Buludov (21), Renat Dadaşov (19), Təmkin Xəlilzadə (26) ən azı qarşıdakı 5, elələri var minimum 10 ildə də milliyə kömək edə bilərlər.
Təbii ki, hazırda Premyer Liqada forma geyən və yığmaya potensial namizədləri də unutmaq olmaz. Bu baxımdan, yaş həddini 29-a kimi götürsək, Rahil Məmmədov (24 yaş), Abbas Hüseynov (24 yaş), Bədavi Hüseynov (28 yaş), Rəhman Hacıyev (26 yaş), Namiq Ələsgərov (24 yaş), Fəhmin Muradbəyli (23 yaş), Mirabdulla Abbasov (24 yaş), Yusif Nəbiyev (22 yaş), Roman Hüseynov (22 yaş), Qismət Alıyev (23 yaş), Ülvi İsgəndərov (22 yaş), Elvin Camalov (24 yaş), Taşkın Sertan (22 yaş), Elgün Nəbiyev (23 yaş), Ehtiram Şahverdiyev (23 yaş), Xəyal Nəcəfov (22 yaş), Amil Yunanov (26 yaş), Məqsəd İsayev (25 yaş), Özüncan Kökcü (21 yaş), Coşqun Diniyev (24 yaş), Azər Salahlı (25 yaş), Ziya Əzizov (21 yaş) və digərlərini nümunə göstərmək olar.
Həmçinin, bu gün 21 yaşadək futbolçulardan ibarət yığmamız da perspektivli futbolçular mövcuddur. Bu gün U-21-in aparıcı üzv olan və son görüşlərdə özlərini yaxşı tərəfdən göstərən Amin Seydiyev, Turan Manafov, Hacıağa Hacıyev, Fərid Nəbiyev, İsmayıl İbrahimli, Şakir Seyidov, Hüseyin Seyliqli, Barış Ekincier və digərlərinin adlarını çəkmək mümkündür.
Göründüyü kimi, siyahıda yaşı 28-dən aşağı olan və yaxın gələcəkdə potensial yığma üzv hesab edilən 40-dan artıq futbolçu var.
Məlum məsələdir ki, maksimum 28 yaş həddini nisbi olaraq götürmüşük. Çünki hansısa futbolçu 33, 34 yaşında belə meydana çıxıb, komandasına fayda verə bilər. Yaxud bu gün 29 yaşı olan Nazarov ən azı qarşıdakı 2-3 ildə də millimizə fayda verəcək səviyyədə çıxış edir.
Göründüyü kimi, bu gün bəlkə də son illərdə ilk dəfədir ki, yığmamızın start heyətində, ehtiyat oyunçular skamyasında, U-21 yığmasında, eləcə də Premyer Liqa klublarında milliyə köməyi dəyə biləcək 21, 23, 25 yaşlı kifayət qədər oyunçu var. İndi qalır yalnız həmin futbolçuların inkişafı və vahid komanda şəklində uğur qazanmaq. İnanaq ki, bu gənclər daha da inkişaf edəcək və yaxın gələcəkdə millimizə uğur qazandıra biləcəklər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- "Gəncə"də görüş
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- II Liqada 4 oyunda 22 qol
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026
























