9 Oktyabr 2026, Cümə
Fətiyev bürünc medal qazandı
“Səbail” qələbəni əldən verdi
VII turun hakim təyinatları
“Şahdağ Qusar”dan darmadağın

Ölkə futbolu

“Neftçi”də 11 ilin ən yaxşı göstəricisi

Premyer Liqanın lideri "Neftçi” qol seriyasını 20-yə çatdırıb. 
 
Futbolxeber.az saytının Peşəkar Futbol Liqasının saytına istinadən verdiyi məlumata görə, XII turda "Səbail”ə 2:0 hesabı ilə qalib gələn "ağ-qaralar” ardıcıl 20 matçdır meydanı qolsuz tərk etmir. Paytaxt təmsilçisi sonuncu dəfə ötən mövsümdə, martın 14-də "Qarabağ”la ev görüşündə qol vura bilməyib – 0:0.
 
Ötən mövsümün son 8 turunda 15, cari çempionatın 12 matçında 24 dəfə fərqlənən "Neftçi” 20 oyunluq seriya müddətində 39 dəfə rəqib qapısına yol tapıb Bu, "Neftçi"nin Azərbaycan çempionatlarında 3-cü, son 11 ildə isə ən yaxşı göstəricisidir.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31