21 Avqust 2026, Cümə
Qurban Qurbanovdan qələbə şərhi
"Qarabağ" "Tvente"ni məğlub etdi
“Sabah” "Hapoel"ə məğlub oldu
“Səbail” “Sakaryaspor”la heç-heçə etdi

Ölkə futbolu

“Qələbəni Tale Heydərova həsr etmək istəyirik”

“Qəbələ”nin hücumçusu Ruslan Qurbanov ölkə kubokunun yarımfinal mərhələsində “Neftçi” üzərində qazandıqları parlaq qələbəni klub prezidenti Tale Heydərova həsr edib.

Futbolxeber.az saytının məlumatına görə, bununla bağlı Qurbanov “Facebook”da yazıb:

“Bu gün əla gün idi. Bu qələbəni klubumuzun prezidenti cənab Tale Heydərova həsr etmək istəyirik. Hər zaman bizə dəstək olmusuz və buna görə sizə minnətdarıq. Çox az qalıb və biz əlimizdən gələni edəcəyik ki, “Qəbələ” ilk kubokunu qazansın.

Eləcə də bütün rəhbərliyə, azarkeşlərə və bu cür gözəl oyuna görə komanda yoldaşlarıma təşəkkür edirəm. Bu gün Tanrı bizim tərəfimizdə idi”.

Xatırladaq ki, ilk oyunda “Neftçi”yə öz meydanında 1:2 hesabı ilə uduzan “Qəbələ” səfərdə 3:1-lik qələbə sayəsində mərhələ adlayıb. Mayın 28-də keçiriləcək həlledici görüşdə Roman Qriqorçuk “Keşlə” ilə üz-üzə gələcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2026
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31