Ölkə futbolu
"Kiçik bəy"in dosyeləri, "ağ-qara" tale və...
"Neftçi"nin klub olaraq qısa xarakteristikası:
Büdcə, demək olar, tamamilə SOCAR-dan qaynaqlanır. Yəni dövlət/xalq büdcəsindən. Bu, 2005-ci ildən qurumun vitse-prezidentlərindən biri olan Mikayıl İsmayılov tərəfindən reallaşdırılır.
Bəs büdcənin tənzimlənməsi?
Bu isə Cəbrayıl Cəbrayılovun nəzarətindədir. O, İsmayılovun yaxınıdır.
Bəs "Neftçi" xüsusi mülkiyyət, himayəçi obyekti deyilsə, onda niyə bu cür durum yaranır? Kiçik dairədə idarəçilik şəffaflığa zəmanət ola bilərmi - şübhələr qaçılmazdır...
Bu durum "Neftçi" uğurunda mənfəətbazlıq mübarizəsinə zəmin yaradır.
Məsələn, uzağa getməyək, Sadıq Sadıqovun idarəçiliyi dönəmində - "Neftçi" Avropa Liqasının qrup mərhələsinə yüksələndən sonra "iştah" artmağa başlamışdı. Onların AFFA-da rəhbərliyi ələ almaq, futbol industriyasına nəzarət eləmək iddiası heç də Nəsirov klanına xoş gəlməmişdi. Həmçinin digər, kulisdəki güclərə...
Belədə Sadıqov və "drujinasını" yerində oturtmaq kampaniyasına start verildi. Tez-tez onların əleyhinə sabotaj meyilləri nəzərə çarpmağa başladı. Mətbuatın müəyyən qismində "Neftçi"dəki mənimsəmələrə dair haqlı-haqsız hay-küylü məqalələr yer aldı. Müxtəlif məlumatlar sızdırıldı və s.
Sadıqov bir müddət də postunda qaldı.
Bu, dirəniş idi?
Nəsirov klanının Sadıqovgilin AFFA-ya sahiblənmə planına qarşı hərəkatı müəyyən nəticələr verdi. Əslində, bu cür işlərə qarışmayan, çox "yuxarıdan gedən" Nəsirovun təbiətcə də bu cür proseslərə dəxli olmayan biri kimi olduğunu bilirik. Ancaq həmin klanın çəkindiyi o idi ki, Sadıqovun AFFA-ya sahiblənmək istəyi artıq daha ciddi mənbələrdə müzakirə olunmağa başlamışdı. Həmişə futbol idarəçiliyində söz sahibi olmağa maraqlı olan Nəsirovun buna razılıq verəcəyini gözlənilən deyildi.
Sadıqovun əsas güc mərkəzi, vitse-prezident Tahir Süleymanovun gözlənilən/gözlənilməz istefasından sonra AFFA-dan sadiq kadr kimi təqdim edilən Elnur Məmmədov "Neftçi"yə göndərildi.
"Kiçik bəy" adlandırılan Məmmədov təyinatından sonra klubun əsas idarəçisinə çevrilmək və bununla "Neftçi"ni ələ almaq planını işə salmağa başladı.
Bəs alındımı?
Əvvəlcə Məmmədov təkbaşına "fəhləlik" elədi. Ancaq "Neftçi" daxilində sadıqovçular heç də az deyildi deyə, istəyə nail olmaq çətin idi. Havadarlarından gələn ideyaya əsasən "Neftçi"də struktur dəyişikliyi oldu. Müşahidə Şurası yaradıldı. Sədri Çingiz Abdullayev kimi nüfuzlu şəxs qoyuldu. Ardınca Fərhad Bədəlbəyli, Bəhram Bağırzadə kimi cəmiyyətdə hörməti, Səməd Qurbanov kimi futbol aləmində avtoriteti olan şəxslər üzv seçildilər. Bunda məqsəd bir idi. Bəli, Nəsirov klanı AFFA-nın baş katibi Elxan Məmmədovun strateq rolunu oynadığı ideya ilə nüfuzlu xunta formalaşdırıb, Sadıqov "drujinasına" qarşı "immuniteti" gücləndirməliydi. Xuntanın ilk hücumlarından göründü ki, Sadıqov artıq dirənə bilməyəcək. Süleymanovun da istefası onu mühasirəyə alan qüvvələrin arasında tək qalmasına, çaş-baş olmasına gətirib çıxarmışdı. Onlar ixtiyarı tamamilə ələ almaq istəyirdilər. Elə də oldu. 5 ildən çox müddətdə "Neftçi" prezidenti olan Sadıqov 2015-ci ildə ordan uzaqlaşdı...
Bir maraqlı məqam: Çox keçmədi ki, problemləri qabaran Cüdo federasiyasını himayəyə götürən Rövnəq Abdullayev Sadıqovu ora - yanına apardı. Bu, bir mesaj idi. İndiki davamedici və gələcək zamana aid...
...Sonra "Neftçi"nin Müşahidə Şurasının digər üzvü Cəbrayıl Cəbrayılov belə bir açıqlama verdi: "SOCAR-ın maliyyəsinin daha məqsədəuyğun, vəsaitin klubun bilavasitə inkişafına xərclənməsi nöqteyi-nəzərindən Müşahidə Şurasında mənim də olmağım lazım bilinib. Biz bunu futbola marağın artması məqsədilə edirik, yəni sınaq kimi keçiririk. Futbol dünyanın hər yerində ictimailəşib. Dünya praktikasında da görürük ki, bir və ya bir neçə şəxsə məxsus olan futbol klubları heç də rentabellik göstəricisi ilə işləmirlər. Dünənki iclasda Madrid "Real"ı ilə "Mançester Yunayted"i müqayisə etdilər. "Mançester Yunayted" xalq komandasıdı və iqtisadi fəaliyyəti həmişə səmərəli olub. "Real" isə "Kral klubu" olsa da, onun maliyyə vəziyyəti heç də həmişə yaxşı olmur. Bu nöqteyi-nəzərdən ictimailəşmə həm futbolumuzun inkişafında hər bir futbol adamının iştirakının təmin olunması, həm də futbolun idarə edilməsində ictimaiyyətin daha çox iştirak etməsi məqsədini güdür".
Aha...
Məqalənin əvvəlində toxunduğumuz məqam; "Neftçi"nin büdcəsi dolayısıyla dövlətin/xalqın büdcəsidir. Buna nəzarət, istifadənin şəffaflığı isə təmin olunmayıb, zəmanət yoxdur.
Haşiyə: "Yeyintini" araşdırmaq üçün müstəqil adlandırılan SOCAR-ın audit qrupu isə əslində, hakim qüvvənin əleyhinə ifşa eləməz, hansısa şəxsin "vurulması" lazım olan hərəkətə keçərdilər...
Hakimi-ixtiyarı ələ almış klan Cəbrayılovun bu çıxışıyla əslində, Sadıqovgili devirmək kimi radikal obrazdan çıxmaq, hədəfə gəlməmək məqsədiylə belə bir çıxış etmişdilər.
Yeni "işğalçıların" niyyətləri ilk dönəmlər bir idi və pis getmirdilər. Sonralar daxili çəkişmələr əmələ gəldi və artdı. Yenə qeyd edirik, klubun şəffaf idarəçiliyi üçün uğurlu işlək mexanizm olmadığına görə daim büdcəyə çıxış əldə eləmək istəyən qüvvələr arasında qaydasız rəqabət gedib. O büdcə çox şirindir...
Nəsirov klanı ilə Mikayıl İsmayılovun gücləri ayrı qüvvələrdir. Müşahidə Şurasındakı üzvlər də əsasən bu iki gücün adamları idi. Məsələn, Səməd bəy qismən müstəqil, Çingiz Abdullayev və ətrafı Nəsirov klanı, Cəbrayılovgil isə İsmayılovun adamları...
Çi fayda? Gördüyümüz kmi, SOCAR-dan "Neftçi"yə ayrılan büdcəyə nəzarətin şəffaflaşdırılması məqsədiylə atılan addımlar da faydasız olur və yenə mənfəətbazlıq güc gəlir.
Qarışıqlığın düşdüyünü görən, "kiçik bəy" dediyimiz Elnur Məmmədov bu avantüraya uğradı. Bu da onunçün sonun başlanğıcı oldu.
Məmmədov Nəsirov klanının "fəhləsi" idi. Ona ora Elxan Məmmədovun göndərdiyi və xüsusi tapşırıq verdiyi də artıq hər kəsə məlum idi. "Kiçik bəy" hər prosesin içində olmalı, İsmayılov klanının hansı planlar qurduğunu bilməli, Sadıqov dəstəsinin yenidən geri qayıtmaq cəhdlərindən duyuq düşməli və baş katibə daim məruzə etməliydi. Sizdə sual yarana bilər ki, onsuz da "Neftçi"yə ayrılan maliyyənin razılıq verəni, qol çəkəni İsmayılov klanı idisə, onlar niyə narahat idilər və mübarizəyə neyçün qoşulmuşdular?
Çünki həmin ərəfələrdə ciddi yoxlamalar başlamışdı. İstənilən maliyyə pozuntusunun aşkarlanması alternativ qüvvələrin bunu İsmayılov klanına qarşı istifadə edəcəyi, bununla da hakimiyyəti ələ keçirəcəyi demək idi... Daim ayıq olmaq, gözlənilən hücumlara qarşı çıxmaq mütləq idi.
"Kiçik bəy" boyunduruq durumundan bezərək günlərin birində gözlənilməz gediş edir. O, Çingiz Abdullayevlə separat danışıqlara gedərək, Elşad Nəsirovla görüşünün təşkil edilməsini xahiş edir. Elə bu addım "kiçik bəy"in "Neftçi"dən, ümumiyyətlə, futbol industriyasndan rədd edilməsinə gətirib çıxaracaqdı.
Abdullayev bu görüşün alınacağına söz versə də, görüş alınmamış bu haqda xəbər tutan baş katib hiddətlənir. Çünki bu, sadiq kadr hesab edilən birinin xəyanətə bərabər addımı idi. Onu fəhləliyə göndərsələr də, özü gediş edərək idarəçiyə sahiblənməyə qalxmışdı...
Çox keçmədi ki, Məmmədov haqda kompromatlar mediaya ötürüldü. Bunlar əsas götürülərək 2016-cı ilin 13 sentyabrında o, "Neftçi"dən qovuldu. Onunla bərabər əlbir olduğu baş məşqçi Vəli Qasımov da postundan uzaqlaşdırıldı.
Daha sonra "kiçik bəy" və Qasımovun futbolçu transferlərindən külli-miqdarda mənimsəməyə yol verdiyi aşkarlandı. Hətta skaut xarakterli səfərlərə belə özü gedən (?!) "kiçik bəy" ittiham etdiyi Sadıqov hökumətinin 40 minə başa gətirdiyi Braziliya səfərini 100 mindən çox xərclə başa vurmuşdu. Bu və başqa bir çox yeyinti halları aşkarlandı, ancaq gizli saxlanmadı, mətbuata ötürüldü. Məsələn, bugünlərdə Mikayıl Nərimanoğlunun da adı maxinasiyalarda hallansa da, o, tamamilə rədd edilmədi. Çünki o, xəyanət eləməyib, "yesə" də başçısından icazəsiz etməyib, birlikdə qol qoyublar... "Kiçik bəy" isə siyasi strategiyaya xəyanət eləmişdi. Bağışlana bilməzdi...
O, futboldan uzaqlaşdırılandan bir müddət sonra voleybolda idarəçi kimi peyda oldu. Bu da ayrıca absurd, gülməli hekayətin ssenarisi...
...Məmədovun qovulmasından sonra yuxarıda adı çəkilən Cəbrayılovgilə yaxın Elnur Eyvazovun təyinatı da anarxiya dövrünə son qoymadı. Məmmədovun qovulmasından sonra idarəçiliyə birlikdə gətirilən Hüseynzadə ilə Eyvazov bu dəfə yer dəyişdilər. Hüseynzadə idman direktoru vəzifəsindən icraçı direktor postuna keçirildi, Eyvazov isə əksinə.
Buna nə ehtiyac vardı?
Yenə daxili çəkişmələrin, güclərin hökmranlıq məsələsinə qayıdırıq...
Zaman keçdi, ancaq "Neftçi"nin nəticələri pisləşməyə doğru irəlilədi. Bu da tez-tez baş məşqçi dəyişikliyinə səbəb olurdu. Hər baş məşqçi də bir qüvvəyə xidmət etməli olurdu. Bundan duyuq düşən ya özü uzaqlaşır, ya da nəticələrin bərbad olması üzündən məcburən uzaqlaşdırılırdı, yeni "sözəbaxanla" əvəz edilirdi. Niyə? Çünki ən asan və çox mənimsəmə yolu futbolçu transferləridir. Bununçün də məşqçi müvafiq qüvvənin sözəbaxanı olmalıdır və s.
Təsəvvür edin ki, "Neftçi"də baş məşqçi bacarığına görə yox, sözə baxmamağa görə dəyişdirilirdi. Onlardan şəxsiyyətinə hörmət edib, durumdan imtina edənlər də olurdu, mənfəəti naminə razılaşanlar da. Komandada müəyyən oyunçular bilərəkdən pis oynayır, maraqlı qüvvələrə xidmət edir, onlar da məşqçiləri əlcək kimi dəyişirdilər. Hər məşqçi də azı 5-6 yeni futbolçunun transferi, bununla da külli miqdarda mənimsəmə demək idi.
"Neftçi"də heç cür sabitliyi bərpa eləmək olmurdu.
Elə bilirsiniz bu abzasda artıq sabitliyin bərpa olunmasından, perspektivdə uğurlu nəticələrin olmasından yazcağıq? Xeyr. "Neftçi" həmişə belə olub və olacaq. İndi də belədir. Bu klub üçün ayrılan müftə pul müftəxorların ən böyük yem ocağıdır. Klubətrafı qalmaqallar səngiməyəcək, mənfi imic dekonstruksiya olunmayacaq. Buna ilk və ciddi cəhd yuxarıda, Cəbrayılovun açıqlamasında idi. Klub ictimailəşməliydi. Ancaq onu da kağız üzərində edib, yenidən başladılar çeynəməyə, didişməyə, didməyə...
Yayda klubda yenə struktur dəyişikliyinə gedildi. Müşahidə Şurası de-fakto ləğv edilib. Klub yenidən prezident üsul-idarəsinə keçib və icraçı direktor Orxan Hüseynzadə ovaxtdan prezidentdir. Baş katib Elxan Məmmədovla yaxın olduğu hesab edilən Hüseynzadənin əsas söz sahibi təyin edilməsi əslində, yazıboyu söhbət açdığımız klanlararası savaşın nəticəsi deyil. Bu, sadəcə, Hüseynzadənin hədəfə gətirilməsi məqsədi güdür.
"Neftçi"nin 3 ildən çox davam edən enişi səngimirdi. Hüseynzadəyə bildirilib ki, əgər idarəçiliyin təşkilini öz öhdəsinə götürmək istəyirsə, buyursun, əks halda o postda saxlanmayacağı ona hiss etdirilib. O da va-bank gedərək buna razılıq verib. Hətta təyinatından sonra müsahibəsində bütün maddi məsuliyyəti də üzərinə götürdüyünü açıqlamışdı.
Sabah "Neftçi"də nəticələr pis olsa, yeyintilər aşkarlansa, yenə Mikayıl İsmayılov və klanı yox, kiçik idarəçilər məsuliyyət daşıyacaq... Artıq 10 ildən çoxdur ki, bu, belədir. Pulu onlar buraxır, xərclərə şəffaf nəzarət olmur, məsuliyyəti isə kimlərsə daşıyır.
Cəzalanan varmı? Yox...
"Neftçi" məhz bu fəlsəfə ilə idarə olunur.
Bu mövsümün əvvəlində Elxan Abdullayevin qovulub, yerinə Tərlan Əhmədovun təyinatından sonra nəticələrdə yaxşılaşma var. Yaxşı nəticələr klubətrafı təmərküzləşmənin əsasını qoya bilərdi.
Orxan Hüseynzadə filan, Elnur Eyvazov filan klanın adamlarıdı kimi söhbətlər aradan çıxmaqdaykən, tərəflər yaxalanan uğurlu silsilənin davamlı olması üçün birgə çalışmağa başlayarkən yenə müxtəlif istiqamətlərdə kompromat tərkibli məlumatlar sızdırılmaqdadır.
Müşahidələrimiz iddia etməyə əsas verir ki, "Neftçi" haqda çıxan dəlil-sübut xarakterli ifşa məlumatlarının mənbəyi Elnur Məmmədovdur. Əsasən keçmiş dövrü əhatə eləyən və onun işlədiyi vaxta aid sənədlərin ara-sıra aşkara çıxarılması məhz "kiçik bəy"in əməlləridir. Şantaj taktikasının məqsədi nədir, bu da çox keçməmiş, məlum olacaq.
"Neftçi"nin relsə qayıtması isə həmişəki kimi, asan olmayacaq.
1. Sadıqovgilin vaxtındakı kimi geniş büdcə imkanları yoxdur
2. Kluba sahiblənmək istəyən qüvvələr arada mübarizəni səngitsələr də, daim "döyüş vəziyyətindədilər"
3. Əvvəlkitək zor gücünə, aşkar hakim təzyiqləriylə nəticə qazanmaq asan deyil. Media və ictimaiyyətin təzyiqi daha geniş və təsiredici olub
Arada hansısa predmetlərdə sistem yaradılarkən, nələrsə sıraya qoyularkən, daim "kiçik bəy" kimi - ara qarışdırmağa can atanlar, anarxiyaya səy göstərənlər olacaq. Buna "ağ-qara" tale deyək... Ta ki peşəkar, demokratik mexanizm yaradılanadək.
Elçin Cəlilov, futbolpress.az
< br/>
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
- Qərəz, sifariş, yoxsa şəxsi maraq?
- FIFA prezidenti COP29-da iştirak üçün Bakıya gəldi – Elxan Məmmədovun müşayiəti ilə
- İsgəndər Cavadovdan Balaşiki Qasımova cavab: “Biz heç vaxt futbola rəhbərlik etməmişik”
- Milli Məclisdə Azərbaycan futbolunun müzakirəsi
- Kölgədən qorxanlar
- “Neftçi” üçün yeni sponsor - RƏSMİ
- Qara Qarayev: “İdmançı kimi, insan kimi keçdiyim yolda bu şeyləri haqq etmirəm”
- “Zirə”nin debütantı: “Araz-Naxçıvan” mənim üçün prinsipial rəqibdir”
- Veteranlar İttifaqının sədrindən Balakişi Qasımova cavab: “Şərait yaradılmalıdır”
- “Neftçi” bu gün meydana Zəfər Günü ilə əlaqədar xüsusi hazırlanmış formada çıxacaq
- Qara Qarayevin “Araz-Naxçıvan”la imzalayacağı müqavilənin müddəti məlum oldu
- Elmar Baxşıyev: “Onun həm insani, həm də futbolçu keyfiyyətləri məni qane edir”
- "Sonda absurd qol buraxdıq"
- “Qarabağ” - “Ayaks” oyunundan əvvəl konsert olacaq
-
13:01
Minifutbol üzrə ölkə çempionatı: 3 oyunda 20 qol
-
12:34
Elxan Abdullayev: "Buraxdığımız ikinci qol tamamilə gözlənilməz oldu"
-
11:46
Azərbaycan yığması EEVZA çempionatında iştirak edəcək
-
11:13
Nizami Sadıqovun 60 illik yubileyi qeyd olunub FOTOLENT
-
10:55
Mərkəzi oyunu FİFA referiləri idarə edəcək
-
10:39
Mingəçevirdə üzgüçülük məşqçiləri üçün təlim keçirilib
-
10:22
Azərbaycan taekvondoçusu Avropa çempionatında üçüncü yeri tutub
-
09:58
Bunu da gördük - AFFA milliyə legioner tərcüməçi gətirdi
-
09:47
"Kəpəz"in legioneri: "Yaxşı işləyirsənsə, nəticəsi olacaq”
-
09:30
"Qəbələ" 20:0-lıq qələbə
-
18:04
Mingəçevirdə güləş məşqçiləri üçün seminar keçirilib
-
17:46
“Turan Tovuz”dan COP29 və “Yaşıl dünya naminə həmrəylik ili”nə töhfə FOTOLENT
-
17:17
"Şamaxı"nın məşqçilər korpusunda ayrılıq
-
16:52
Ramon Maçado: “Araz-Naxçıvan”ın ikinci yerdə olması bizim üçün də sürprizdir”
-
16:33
Patrik Vieyra rəsmən İtaliya klubunda
-
16:20
Amerikalı legioner: "Bakı mənə çox doğma gəlir"
-
15:58
"Komandada çox yaxşı atmosfer var"
-
15:11
"Qarabağ" - "Lion" oyununa nə qədər bilet satılıb?
-
14:45
Azərbaycanlı hakim Çempionlar Liqasının oyununu idarə edəcək
-
14:24
Azərbaycan millisi Rusiya ilə yoldaşlıq oyunları keçirəcək
-
14:06
Millimizə 4 qol vuran hücumçu: "Təbii ki, bundan həzz alırsınız"
-
13:53
Avropa Kubokunda iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub
-
13:32
Nazir: "MDB dövlətlərinin Azərbaycanda keçiriləcək idman yarışlarına ayrıca vəsait ayrılır"
-
13:17
Naxçıvan kikboksçuları beynəlxalq turnirdə 4 qızıl medal qazanıblar
-
12:49
XIV turun hakim təyinatları
-
12:20
Argentina 3 xalı tək qolla qazandı VİDEO
-
11:58
Milli Məclisin komitə sədri: "Dünən yenə Azərbaycan futbolu qara günlərindən birini yaşadı"
-
11:13
Braziliya öz meydanında büdrədi VİDEO
-
10:46
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq
-
10:25
Rauf Məmmədov Dünya Kubokuna vəsiqə qazanıb
-
10:04
Azərbaycanlı hakim Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb
-
09:51
"Barselona" 137 milyonluq səhifəsində Laportanın Bakıya səfəri ilə bağlı video paylaşıb
-
09:39
Yankoviç Türkiyə ilə oyunda məhsuldar ötürmə müəllifi oldu VİDEO
-
09:27
Əliyar Ağayev Bosniya və Herseqovina - Niderland matçını idarə etdi
-
09:12
İsveç millimizi topa tutdu VİDEO
-
01:40
Azərbaycan millisindən biabırçı nəticə - D Liqasına düşdük
-
01:36
Millimiz darmadağın oldu
-
21:39
"Neftçi"nin futbolçusu millidə dubl etdi
-
19:12
“Sumqayıt”dan azarkeşlərə jest: 75 illik münasibəti ilə giriş biletsiz olacaq və fan-zona təşkil ediləcək VİDEO
-
18:53
Çingiz Hüseynzadə İslam Həmrəyliyi İdman Assosiasiyasının nümayəndə heyətini qəbul edib
-
18:27
Basketbol millimiz İrlandiyaya yola düşüb
-
18:08
"Əsas məqsədimiz Azərbaycan çempionu olmaqdır"
-
17:45
“Forbes” “Qarabağ”ın keçirdiyi tədbirdən yazdı
-
17:30
Fərid Qayıbov İslam Həmrəyliyi İdman Assosiasiyasının baş katibini qəbul edib
-
17:16
U-19 da qrup sonuncusu oldu
-
16:59
“Neftçi” - “Zirə” oyununun biletləri satışda
-
16:21
“Sumqayıt”dan tərəfdaşlıq anlaşması
-
16:03
U-17 millimizdən heç-heçə
-
15:34
"Qəbələ"nin döyüşçüsü qələbəni 28 saniyəyə təmin etdi
-
14:12
Azərbaycanın voleybol milliləri Avropa Liqasında iştirak edəcəklər