Ölkə futbolu
Ansi Aqolli: “Çelsi” ilə oyun revanş matçı deyil”
“Qarabağ”ın albaniyalı müdafiəçisi Ansi Aqollinin nüsahibəsi
- “Səbail”lə oyunda gördüyün qırmızı vərəqə yə görə “Kəpəz”lə matçı buraxmalı oldun. Qələbə qazandığınız oyunla bağlı nə deyə bilərsən?
- Vacib qələbə qazandıq. Çünki Gəncə şəhər stadionunun örtüyü futbol oynamağa çətinlik yaradırdı. Bu mənada qazanılan xalların önəmli olduğunu hesab edirəm.
- Qarşıda milli komandaların oyunları ilə bağlı 10 günlük fasilə var. Bundan necə yararlanmağı düşünürsünüz?
- Fasilənin olması yerinə düşdü. Bu, qarşıdakı oyunlara daha yaxşı hazırlaşmaq üçün fürsətdir. Fasilə bizim üçün çox vacibdir.
- Bir az geriyə qayıdaq. Çempionlar Liqasının qrup mərhələsində çoxlarının gözləmədiyi halda hər iki oyunda “Atletiko” kimi komandadan xal almağı bacardınız…
- Bu, bizim üçün çox yaxşı nəticələrdi. “Atletiko” kimi böyük komanda ilə oynamaq özümüzü inkişaf etdirmək baxımından xüsusu əhəmiyyət daşıyır.
- Çempionlar Liqasında 50-60 minlik azarkeş auditoriyasının önündə oynayırsınız. Bu cür oyunlardan sonra 500-1000 azarkeşin gəldiyi çempionat matçında meydana çıxmaq sizə çətinlik yaratmır?
- Biz peşəkar futbolçularıq. Oyun keçirilən istənilən stadionda meydana çıxmalıyıq. Düzdü, bizim üçün asan deyil. Ancaq bunu etməliyik. Bakı Olimpiya Stadionundakı atmosferi unuda bilmirəm. Azarkeşlər möhtəşəm idilər.
- Qitənin bir nömrəli klub turnirində növbəti oyununuzu “Çelsi”yə qarşı Bakıda keçirəcəksiniz. Səncə, ilk oyundakı 0:6 hesablı məğlubiyyətin əvəzini çıxmaq mümkün olacaq?
- Bu, revanş oyunu deyil. Bizim üçün qrupda keçirdiyimiz oyunlardan biri olacaq. Nəticənin necə olacağını indidən deyə bilmərəm. Sadəcə, onu deyim ki, əzmlə çalışıb, oyuna maksimum dərəcədə hazır olmalıyıq.
- Yəqin ki, “Atletiko” ilə oyunlarınızdan sonra “Çelsi” “Qarabağ”a daha ciddi yanaşacaq…
- Çempionlar Liqası ciddi turnirdi. Düşünürəm ki, bütün komandalar hər bir oyundan maksimum nəticə ilə ayrılmağa çalışırlar. Eləcə də “Çelsi”. Digər oyunlara olduğu kimi, buna da həddindən artıq ciddi hazırlaşmalıyıq.
- Son olaraq, Qurban Qurbanovun Azərbaycan millisinə baş məşqçi təyin olunması ilə bağlı fikirlərini bilmək istərdim. Uzun müddətdir bu mütəxəssisin başçılığı altında oynayırsan. Qurban Qurbanov “Qarabağ”dakı uğurlarını millidə də təkrarlaya bilər?
- Məncə, bu təyinat Azərbaycanda futbolun inkişafı üçün ən düzgün seçim idi. Qurban müəllimə karyerasının yeni səhifəsində hər şeyin ən yaxşısını arzu edirəm. İnanıram ki, Qurbanov bu təcrübə ilə millinin inkişafına öz töhfəsini verəcək (qol.az).
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA elə bilirdi italyanlardan ağıllıdır...
- 13-cü turun oyun cədvəli açıqlandı
- Kaşuk:"Neftçi” ilə oyundan sonra komandanın inzibatçısı mənə zəng etdi və..."
- Milli komandamızın futbolçusu hərbi xidmətə aparılıb
- Azərbaycan hakimliyinin növbəti rəzaləti: Səbuhi Bayramov uzunmüddətli cəzalanmalıdır
- “Fənərbaxça”nın yeni baş məşqçisi müəyyənləşdi
- Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı
- Kipr - Monteneqro matçında 5 qol
- Zirədə dramatik oyun
- Millimizin qələbəsi
- Almaniya Niderlandı darmadağın etdi
- "Zirə” də xal itirdi, "Qarabağ" da
- “Neftçi” liderliyi ələ keçirdi
- “Qəbələ” və “Zirə” qalib gəldi
- Bekiri: "1 xal qazanmağa layiq idik"
-
22:35
Filipe Kandido: “Daha yaxşısını etməyə gücümüz var”
-
20:56
“Zirə” qələbəni əldən verdi, "Sumqayıt" uduzdu
-
20:19
Rui Jorjedən qələbə şərhi: “Əlimdə olan bütün futbolçular inkişaf edir”
-
19:47
Yevlaxda 4 qol vuruldu VİDEO
-
19:00
U-20 millimiz İraqa qalib gəldi
-
18:24
Sumqayıtda heyətlər müəyyənləşdi
-
17:51
Rəşad Sadıqov: “Emosiyalara qapılmaq vaxtı deyil”
-
17:33
I Liqada mərkəzi oyunda qalib müəyyənləşmədi
-
17:08
İlham Zəkiyev Misirdə Qran-pridə iştirak edəcək
-
16:45
Azərbaycan millisi Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq
-
16:12
Kurtua “Real”la yeni müqavilə imzaladı
-
15:26
Üç şahmatçımız Qazaxıstanda yarışacaq
-
14:59
Basketbol millimiz Serbiyada təlim-məşq toplanışı keçir
-
14:00
Qazaxda İdman Festivalı keçirilir
-
13:37
Güləş millimiz Gürcüstanda çempion olub
-
13:14
"İmişli" - "Zirə": Heyətlər açıqlandı
-
12:41
Azərbaycan parataekvondoçusu dünya çempionatında qızıl medal qazanıb
-
12:25
Qazaxıstanlı məşqçilər “Qarabağ”ın düşərgəsində
-
11:52
Vernidubla “Neftçi” Akademiyasının koordinator və məşqçi heyəti arasında görüş keçirilib FOTOLENT
-
10:36
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:19
Azərbaycan ağırlıqqaldıranı Rusiyada bürünc medal qazanıb
-
09:47
XII turun hakim təyinatları
-
09:24
Xankəndidə vurulan qollar VİDEO
-
09:00
Fərəcullayevin “Xırdalan 0.0” kimi taktikası
-
20:53
Emin Salmanov: "Hazırda həyatımın ən xoşbəxt günlərindən birini yaşayıram" VİDEO
-
20:26
Xankəndidə futbol bayramı FOTOLENT
-
20:14
Munis Abdullayev: “Xankəndidə yenidən futbol oyununun təşkili çox qürurvericidir” VİDEO
-
19:49
Samir Ələkbərov: “Hisslərimi sözlə ifadə etməkdə çətinlik çəkirəm” VİDEO
-
19:00
Azərbaycanın 4 parataekvondoçusu dünya çempionatında mübarizə aparacaq
-
18:32
Cüdoçumuz dünya çempionatında bürünc medal qazanıb
-
17:58
Böyük futbol Xankəndiyə qayıtdı
-
17:16
Futzal liqalarının püşkü atılıb
-
16:41
Xankəndidəki oyunda topa ilk toxunuşu şəhid övladı edib
-
16:23
"Neftçi"də təhlükəsiz idman mühitinin təşviqinə həsr olunmuş seminar təşkil edilib
-
16:05
Millimizin heyəti açıqlandı
-
15:36
Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının yayımının təşkili ilə bağlı məsələlər müzakirə edilib
-
15:19
Yeniyetmə taekvondoçular təlim-məşq toplanışına cəlb olunublar
-
14:44
Azərbaycan Güləş Federasiyasında uşaqlar üçün ekskursiya təşkil olunub
-
14:00
Samir Abasov: “Futbolçular pley-off şansını bilsəydilər belə, Lixtenşteynə çox qol vura bilməzdik”
-
13:27
Millimizin üzvləri məktəblilərlə görüşdü
-
12:52
AMADA nümayəndə heyəti Strasburqda CAHAMA-nın 73-cü iclasında iştirak edib
-
12:38
Futzal üzrə Yüksək Liqanda 10 komanda yarışacaq
-
12:16
Kvaratsxeliya ilin adamı seçildi
-
11:43
“Sumqayıt” akademiyasının üzvləri üçün antidopinq təlimi keçirilib
-
11:21
"Qarabağ" "Kəpəz"lə oyuna hazırlaşır FOTOLENT
-
10:59
Avropa reytinqi: Minifutbol millimiz ikincidir
-
10:05
"Sumqayıt" məşqlərini davam etdirir VİDEO
-
09:34
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
09:17
Avropa çempionatı: Daha 4 boksçumuz 1/4 finalda
-
09:00
“Qarabağ” Qazaxıstan klubuna uduzub
20.11.2026
19.11.2026
























