5 Oktyabr 2026, Bazar ertəsi
Millimiz Litvanı tək qolla məğlub etdi
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu

Ölkə futbolu

“Sumqayıt”da beş yeni sima

“Sumqayıt” Topaz Premyer Liqasının 2-ci dövrəsi üçün hazırlığını davam etdirir.
 
Futbolxeber.az xəbər verir ki, komanda bu gün Samir Abasovun rəhbərliyi altında "Kapital Bank Arena"da növbəti məşqini keçirib. 
 
Qeyd edək ki, U-21-in düşərgəsində yer alan Xəyal Nəcəfov, Bəhlul Mustafazadə və Ehtiram Şahverdiyevlə yanaşı zədəli olan Bəxtiyar Həsənalızadə hazırlıq prosesində iştirak eməyib. 
 
Əvəzedici komandanın 5 üzvü isə bu müddət ərzində komanda ilə birlikdə çalışıb. Təxminən 1,5 saat davam edən məşq prosesində çalışdırıcı daha çox toplu çalışmalara üstünlük verib.
 
Qeyd edək ki, "Sumqayıt" 2-ci dövrənin ilk turunda doğma arenada oktyabrın 14-də "Qəbələ"ni qəbul edəcək.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31