4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

“Qəbələ”nin daha bir futbolçusu “Neftçi”yə qarşı oynamayacaq

Azərbaycan Premyer Liqasının XXII turu çərçivəsində bu gün “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” daha bir futbolçunun xidmətindən məhrum olub. Futbolxeber.az-ın məlumatına görə, klubdan apasport.az saytına bildirilib ki, zədəlilər cərgəsinə Rəşad Sadiqov da qoşulub.
 
Vitali Vernidub, Rasim Ramaldanov və Elvin Camalovun ardınca təcrübəli yarımmüdafiəçinin də “Neftçi” ilə matçı buraxacağı müəyyənləşib. Belə ki, Sadiqov dünənki məşq prosesində ayağından xəsarət alıb. Məşqçilər korpusu onunla bağlı risk etmək istəmir. Bu səbəbdən Sadiqovun “ağ-qaralar”la görüşü buraxmasına qərar verilib.
 
Qeyd edək ki, 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Qəbələ” matçı saat 20:00-da start götürəcək.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31