4 Oktyabr 2026, Bazar günü
U-20 millimiz Moldovaya uduzdu
“Qarabağ” "Zirə”yə qalib gəldi
“Qəbələ” yaponlara məğlub oldu
Azərbaycan Lixtenşteynlə heç-heçə etdi

Ölkə futbolu

AFFA türkiyəli futbolçunu yalançı çıxardı: “Onu tanımırıq”

AFFA Türkiyə I Liqasında çıxış edən “Adana Dəmirspor”un futbolçusu Sərcan Kayaya millimizdə oynaması ilə bağlı təklif göndərməsi barədə xəbərləri təkzib edib.
 
Futbolxeber.az-ın məlumatına görə, qurumun İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu Qol.az saytına açıqlamasında bildirib ki, belə bir söhbət olmayıb: “Onunla danışıqlar aparılmayıb. Ümumiyyətlə, elə bir futbolçu tanımırıq və bu oyunçunu milliyə dəvət etmək fikrində deyilik”.
 
Qeyd edək ki, dünən Türkiyə mətbuatına açıqlamasında Sərcan Kaya milli komandamızdan təklif aldığını açıqlayıb.
 
28 yaşlı yarımmüdafiəçi AFFA-dan aldığı təklifi qəbul etdiyini deyib: “Anamın atası azərbaycanlıdır. Bilmirəm hardan öyrəniblər, ancaq dəvət yolladılar. Yaxın vaxtlarda çağıracaqlarını dedilər. Mən də getməyi düşünürəm. Keçmişdə Türkiyə millisinin aşağı  yaş qruplarında oynamışam, əlimdən gələni  etmişəm. Azərbaycanı da özümə uzaq görmürəm”.
 
Qeyd edək ki, S.Kaya 2013-cü ildə də millimizdən dəvət aldığını açıqlamış və təklifi qəbul etməmişdi.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04
05 06 07 08 09 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31