30 Oktyabr 2025, Cümə axşamı
"Kəpəz" 10 min manat cərimələndi
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”

Ölkə futbolu

“Kəpəz”in rəqibi uduzdu

Avroliqanın I təsnifat mərhələsində “Kəpəz”in rəqibi olan “Daçiya” bu gün yoxlama oyunu keçirib. Futbolxeber.az saytının məlumatına görə, “Daçiya” Moldovanı Avroliqada təmsil edəcək digər komanda “Zarya” ilə qarşılaşıb. Matç Gəncə klubunun rəqibinin 1:2 hesablı yenilgisi ilə başa çatıb. “Daçiya”nın yeganə qolunu ikinci hissədə komandanın debüttantı Denis Kojanov vurub.

Bakıya gəlməmişdən öncə “Daçiya” daha bir yoldaşlıq görüşü keçirəcək. Moldova çempionatının gümüş medalçısı iyunun 23-də Rusiyanın “Kuban” klubu ilə üz-üzə gələcək.

Xatırladaq ki, “Kəpəz” və “Daçiya” arasında ilk oyun iyunun 28-də “Dalğa Arena”da baş tutacaq.

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31