3 Fevral 2026, Çərşənbə axşamı
"Qarabağ" yeni transfer edir
"Qarabağ" və "Neftçi"dən qələbə
"Sumqayıt"da gözlənilməz ayrılıq
Yuri Vernidubdan qələbə şərhi

Ölkə futbolu

“Samtredia”nın baş məşqçisi “Qəbələ”dən danışdı: “Şanslar 50/50-yədir”

"Qəbələ" barədə az məlumatlıyam. Bununla belə, komandanın ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə çıxdığını və Azərbaycan çempionatının bürünc mükafatçısı olduğunu bilirəm". Futbolxeber.az saytının "Report"a istinadən verdiyi məlumata görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Giya Tsetsadze şansları dəyərləndirərkən deyib.

Baş məşqçi yerli mətbuata açıqlamasında Azərbaycan təmsilçisi ilə görüşdə şansların bərabər olduğunu bildirib: "Nələrin baş verəcəyini görəcəyik. Düşünürəm ki, "Qəbələ" orta səviyyəli rəqibdir. Nə çox güclü, nə də çox zəifdir. Açığı, qrup mərhələsinə vəsiqə qazanma vəzifəmiz yoxdur. Şanslar 50/50-yədir. Amma məntiqlə tərəflərdən biri üstün olmalı, qalib gəlməlidir. Əlbəttə, Avropa Liqasında daha çox azarkeş qazanmaq üçün mübarizə aparacağıq və bacardığımız qədər yola davam edəcəyik".

Qeyd edək ki, "Qəbələ" - "Samtredia" maçtı iyunun 30-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Zestafoni şəhərindəki "David Abaşidze" stadionunda keçiriləcək.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28