Ölkə futbolu
“Qəbələ”nin rəqibini tanıyaq: 21 ildən sonra Avropada
“Qəbələ”nin UEFA Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Samtredia” Gürcüstanın ən köklü klublarından biridir. Futbolxeber.az saytının məlumatına görə, bu, “qırmızı-qaralar”ın avrokuboklarda Gürcüstan təmsilçiləri ilə 2-ci dueli olacaq. 2015-2016-cı illər mövsümündə də UEFA Avropa Liqasının I təsnifat mərhələsində qonşu ölkə klubu ilə görüşən komanda Tbilisidə 1:2 hesabı ilə uduzduğu “Dinamo”nu Qəbələdə 2:0 hesabı məğlub edərək mübarizədən kənarlaşdırmışdı.
Son mövsümdə məhz “Dinamo”dan geri qalıb, 2-ci olan Samtredianın eyniadlı klubu 1936-cı ildə yaradılıb. Bu klub 80 illik yubileyini qeyd edir. “Lokomotiv” kimi yaradılan komanda sonradan “Samtredia”, “Sanavardo”, “Cuba”, “İberiya” adlarını da daşıyıb. 1936-cı ildə SSRİ çempionatının 2-ci dəstəsində debüt edən Samtredia şəhərinin komandası uzun illər bu liqada mübarizə aparıb. İttifaq dönəmində 2-ci dəstənin ən yaxşılarından olan klub dəfələrlə ilk “üçlük”də yer alıb, 1980 və 1987-ci illərdə zonasının qalibi adını qazanıb. Lakin zonalararası turnirdəki uğursuzluq daha yüksək liqada oynamağa imkan verməyib. Uzun illər “Samtredia” Azərbaycan klublarının da mübarizə apardığı 9-cu zonada qüvvəsini sınayıb.
Klubun yüksəliş dövrü Gürcüstanın müstəqillik illərinə təsadüf edib. 1990-cı ildə ilk ölkə çempionatına qatılan komanda yüksək liqada mübarizə aparıb. Əvvəlki 4 mövsümdə yerini qorumaq üçün yarışan samtredialılar 1993/94 mövsümündə 4-cü olub. 1994/95 mövsümündə isə klub tarixində ilk uğur əldə edilib. Komanda Gürcüstan çempionatını 2-ci pillədə başa vurub, gümüş medal qazanmaqla UEFA kubokunda oynamaq hüququna yiyələnib. Avropadakı debüt uğursuz alınıb. Makedoniya “Vardar”ına evdə 0:2, səfərdə 0:1 hesabı ilə uduzan komanda 1995-ci ildəki debütünə uğur qata bilməyib. 1995/96 mövsümündə də daxili çempionatı 4-cü pillədə bitirən “Samtredia”nın uğurlarında Zaza Canaşiya, Qriqol Çanturiya, Zurab İonanidze, Georgi Daraseliya, Mixail Cişkariani kimi tanınmış futbolçuların payı olub.
“Samtredia”nın fəxri isə klubun öz yetirməsi olan Kaxaber Kaladze sayılır. Milli komandasının və İtaliyanın “Milan” klubunun aparıcı oyunçusu olan Gürcüstan futbolunun əfsanəsi hələ 14 yaşında Tbilisi “Dinamo”sunun seleksiyaçıları tərəfindən paytaxta aparılıb. Amma Kaladze məhz doğulub, boya-başa çatdığı Samtredianın eyniadlı klubunda yetişib.
Ötən əsrin 90-cı illərinin ortalarındakı uğurlardan sonra yenidən çempionatın ortabab, hətta yerini qorumaq üçün mübarizə aparan klublarından birinə çevrilən “Samtredia” 2001-ci ildə yüksək liqanı tərk edir. Bundan sonra bir neçə dəfə geri qayıdan klub növbəti tarixi uğurunu ötən mövsüm qazanıb. Georgi Tsetzadzenin baş məşqçisi olduğu komanda 21 ildən sonra ölkə çempionatının mükafatçıları sırasına düşüb. Bu gümüş medal komandaya UEFA Avropa Liqasına qatılmaq imkanı yaradıb.
Xatırladaq ki, ev oyunlarını 15 min tamaşaçı tutumuna malik Erosi Manjqaladze stadionunda keçirən “Samtredia” ilə matçlar iyunun 30-da və iyulun 7-də baş tutacaq.
gabalafc.az
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026
























