16 Iyul 2026, Cümə axşamı
"Zirə" "Torpedo" səfərində
"Qarabağ" cavab oyununa çıxır
"Qəbələ" "Kəpəz"ə qalib gəldi
“Qarabağ” azarkeşlərə müraciət etdi

Ölkə futbolu

Azərbaycan millisi Makedoniyada qalib oldu

17 yaşadək qızlardan ibarət Azərbaycan yığması Makedoniyanın Skopye şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində iştirak edib. Futbolxeber.az saytının məlumatına görə, yığmamız ilk oyunda meydan sahibləri ilə qarşılaşıb. Oyun 2:2 hesabı ilə başa çatdığı üçün qalib penalti seriyasında müəyyənləşib. Zərbələri daha sərrast yerinə yetirən Makedoniya futbolçuları 4:2 (ümumi hesab 6:4) hesabı ilə qalib gəlib. Növbəti oyunda xorvatiyalı həmyaşıdları ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb. Son oyunda isə Xorvatiya və Makedoniya yığmaları üz-üzə gəlib və oyun birincilərin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qaydalara görə, penalti zərbələri ilə qalib gələn komandanın aktivinə 2, məğlubun isə 1 xal əlavə edilir. Yekunda 4 xal toplayan millimiz UEFA İnkişaf turnirinin qalibi olub.   


affa.az






Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyul 2026
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31