Ölkə futbolu
Cavid Hüseynov: “Günahsız bir insanın ölməsinə necə razı ola bilərdim?”
Jurnalist Rasim Əliyevin ölüm işi üzrə hər iki məhkəmə prosesi başa çatdı. Həmkarımızın ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum edildi.
Milli komandamızın və "Qəbələ"nin sabiq üzvü Cavid Hüseynov isə 4 il həbs cəzası aldı. Futbolçu Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olundu.
Artıq məhkəmə prosesi başa çatıb. Təbii ki, ictimaiyyəti də maraqlandıran məqamlar var.
Bu məqamlara aydınlıq gətirmək üçün Ölkə.Az Cavidin özünü danışdırmaq qərarına gəldi.
Vəkili vasitəsi ilə ünvanladığımız suallara hazırda məhbus həyatı yaşayan futbolçunun cavablarını təqdim edirik:
- Cavid, məhkəmə başa çatdı. Proses zamanı və ilkin ifadələrində özünü günahkar hesab etmədiyini deyirdin. Yenə eyni fikirdəsən?
- Bir Allah şahiddir ki, mənim bu hadisədə heç bir günahım olmayıb. Mərhum Rasim Əliyevlə hadisədən əvvəl telefonla danışaraq, aramızdakı anlaşılmazlığa son qoymuşduq. Mən onun görüşə çağırılmasını, döyülməsini istəməməmişəm. Ümumiyyətlə, heç vaxt zor tətbiq edilməsinin, problemlərin bu şəkildə həll olunmasının tərəfdarı olmamışam. Məni tanıyan hər kəs nə qədər sülh tərəfdarı, loyal insan olduğumu yaxşı bilir. Rasimlə danışdıq, bir-birimizi başa düşdük və bütün problemlər həll olundu. Amma təəssüf ki, bu hadisə baş verdi. İndi əlimizdən heç nə gəlmir. Kaş bütün bunlar baş verməyəydi.
- Təbii ki, məhkəmənin qərarını da ədalətsiz hesab edirsən...
- Yenə deyirəm ki, baş verən hadisədə mən günahkar deyiləm. Onların görüşməsini, vəziyyətin bu yerə çatmasını istəməmişəm. Hətta Elşənə onun bu məsələyə qarışmamağını dəfələrlə tapşırmışam. Bunu sübut edən faktlar da var. Təəssüf ki, məni dinləmədilər.
- Sən cinayəti bilib gizlətməkdə ittiham olunmusan...
- Vəziyyətin bu yerə gəlib çıxmasında qətiyyən marağım olmayıb. Hadisə baş verən gün xəstəxanada Rasimə ilk baş çəkənlərdən olmuşam. Şahidlər də təsdiqləyə bilər ki, görüşümüz xoş və zarafatla keçib. Baş verən hadisəni də qınamışam. Aramızda heç bir problemin olmadığını oradakı hər kəs gördü. Bütün bunlar gizlində olmayıb ki. Hər şey yaxşı idi. Bilsəydim ki, mərhumun vəziyyəti pisləşəcək, bu hadisə baş verəcək gecə səhərə qədər xəstəxanadan ayrılmazdım, nə mümkündürsə edərdim. Bir insanın ölməsini inanın ki, istəməzdim. Mən özüm dindaram, Allahın yolunu tutmuşam. Günahsız bir insanın ölməsinə necə razı ola bilərdim? Qoy məhkəmə materialları çap olunsun, telefon danışıqları və yazışmalar ortaya çıxarılsın. Hər kəs də şahid olacaq ki, mənim Rasimin döyülməsi məsələsinə heç bir bağlılığım olmayıb. Bir işdən xəbərim yoxdursa, məlumatlı deyiləmsə, onu necə gizlədə bilərəm?
- Səncə Rasimin ölümündə həkimlərin günahı var?
- Həkim olmadığım üçün bu suala dəqiq cavab verə bilməyəcəm. Həmçinin orada nə baş verdiyini bilmirəm. Amma mən xəstəxanada olanda Rasim yaxşı idi. Hətta söhbət etdik, zarafatlaşdıq. Yəni belə bir hadisənin baş verəcəyi ağlıma belə gəlməzdi. Ola bilər ki, həkimlərin səhlənkarlığı olub. Rasimin ölümü indiyə qədər mənim üçün qaranlıq məqamlarla doludur. Ona görə də biz həkimlərin məhkəməyə gətirilməsini tələb etdik. Təəssüf ki, bu tələbimiz yerinə yetirilmədi. Mən təkcə öz günahsızlığımı sübut etmək üçün bunu istəmirdim. İstəyim o idi ki, Rasimin ölümünə səbəb olan məqamlar aydınlaşsın, günahsız bir insan ölümünə görə kimin günahı varsa, cəzasını alsın.
- Son olaraq Rasimin ailəsinə nə demək istəyirsən?
- İnanın ki, onlara müraciət etmək mənim üçün ən ağır məsələdir. O insanlar övladlarını, evin tək oğlunu itiriblər. Çox təəssüf edirəm ki, məndən asılı olmayan səbəblərdən bu işdə mənim adım hallanır. Buna çox üzülürəm. Bu məhkəmə də arxada qalacaq, bütün ağrı-acı və əzablara baxmayaraq, həyat davam edəcək. Amma Rasim olmayacaq, onun valideynlərinin, nişanlısının göz yaşları qurumayacaq. Mənim də övladım var. Onları elə yaxşı başa düşürəm ki. Mən şəhid övladıyam, doğma insanın itkisi nədir, yaxşı bilirəm. O boşluğu heç vaxt heç nə doldura bilmir. Çox təəssüf ...
Mən üzümü Rasimin valideynlərinə tutub deyirəm ki, mənim oğlunuzun ölümündə heç bir günahım yoxdur. Bir daha bəyan edirəm ki, bibimoğlu Elşənin Rasimlə görüşməsinə qarşı olmuşam. Mən Rasimlə danışıb dostcasına sağollaşmışdım. Hətta məni düz başa düşməyən bir insanla ortaq məxrəcə gəldiyimə və jurnalistlər arasında dostumun birinin də artmasına görə sevinirdim. Rasimin ölümünə mən də çox üzülürəm. Bu məsələdə adımın hallanmasına görə çox təəssüf edirəm. Üzümü Rasimin valideynlərinə tutub bunları demək istəyirəm: Bilirəm, sizin üçün Rasimin yerini heç kim tuta bilməz. Amma məni də bir övladınız kimi bilin... Bir insan, bir dost, bir övlad kimi hər zaman yanınızda olmağa hazıram. Qəbul etməsəniz də...
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- İnkişaf dildə yox, əməldə olmalıdır: Mahirlər, Qiyaslar kimi...
- "Turan Tovuz" - "Fənərbaxça" oyunundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək
- Azərbaycan millisindən biabırçı məğlubiyyət - 0:16
- Marko Yankoviç İrəvanda qələbəyə sevindi
- Cüdoçularımız Xüsusi Olimpiya Açıq Turnirində 5 medal qazanıblar
- Anastasiya Baydyuk Azərbaycan klubunda
- "Gəncə"də görüş
- Cilardinonun yeni iş yeri müəyyənləşdi
- "Turan"ın Çempionlar Liqası oyununa biletlər pulsuz olacaq
- Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- "Sumqayıt"dan növbəti transfer
- Asiyat Abuyeva "Murov Az Terminal"da
- II Liqada 4 oyunda 22 qol
- Boksçularımızın Çindəki qazancı - 10 medal
- Amerikalı basketbolçu Azərbaycan klubunda
-
18:44
PSJ - "Lion" oyununun vaxtı iğtişaşlara görə dəyişdirildi
-
18:16
“Zirə” - “Sumqayıt”: Heyətlər müəyyənləşdi
-
17:33
Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə növbəti imtahan keçirilib
-
17:09
Voleybol millimiz Polşa ilə bacarmadı
-
16:54
“Araz-Naxçıvan” “Qəbələ”yə uduzdu, “Zirə” “Sumqayıt”a qarşı
-
16:42
Keyn mövsümün ən yaxşısı seçildi
-
16:27
Qitələrarası Kubokunun finalının yeri və vaxtı bilindi
-
16:00
İsa Suliman “Sumqayıt”ın U-15 komandasının məşqində iştirak edib VİDEO
-
15:38
Stoiçkov: “Azərbaycandakı dünya çempionatı FIFA-nın gənclər futbolunun inkişafına önəm verdiyini nümayiş etdirəcək”
-
15:15
"Şəfa"nın baş məşqçisi 5 oyunluq cəzalanıb
-
14:41
Arsen Venger Hövsan Yarış Kompleksində olub
-
14:24
"Araz-Naxçıvan" - "Qəbələ": Heyətlər açıqlandı
-
14:06
Hövsan dünya çempionatına tam hazırdır
-
13:53
AFFA klub rəhbərini 4 oyunluq cəzalandırdı
-
13:39
Füzuli Məmmədov fərqi və ya 6 xallıq qələbə
-
13:12
"Real" Arda ilə yeni müqavilə imzaladı
-
13:00
İnfantino: "Azərbaycan və Özbəkistan dünyanın ən yaxşı gənc futbolçularını qarşılamağa hazırlaşır"
-
12:48
UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
-
12:25
Arsen Venger Bakıya gəlib
-
11:57
Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu olub
-
11:31
"Milan"dan böyük hesablı məğlubiyyət VİDEO
-
11:04
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:46
"trabzonspor"un qələbəsi VİDEO
-
10:29
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
-
10:13
"Yuventus" "Renn"lə bərabərə qaldı VİDEO
-
09:52
Azərbaycanda keçiriləcək dünya çempionatının tarixi bilindi
-
09:30
"Beşiktaş" öz meydanında xal itirdi VİDEO
-
19:00
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
-
18:51
I Liqada 6-cı tura yekun vuruldu
-
18:37
Sergen Yalçın rəsmən Türkiyə millisində
-
17:26
UEFA “Trabzonspor”u cərimələdi
-
17:11
Çindəki dünya çempionatında Azərbaycanı 7 gimnast təmsil edəcək
-
16:08
Bakıda keçiriləcək dünya çempionatında 81 hakim iş başında olacaq
-
15:33
İstanbul derbisi ona tapşırıldı
-
14:45
Azərbaycan stolüstü tennisçiləri "Riga City Youth Cup 2026" turnirinə qatılacaqlar
-
14:23
Rövşən Nəcəf: "Bu futbol bayramına ev sahibliyi etməkdən qürur duyuruq"
-
13:59
Azərbaycanın güləş milliləri fizioterapistlərlə təmin olunacaq
-
13:34
IX turun hakim təyinatları açıqlandı
-
13:12
Avropa Kuboku: "Odlar Yurdu" Serbiya klubunu məğlub edib
-
13:00
"Qarabağ" hazırlıqlarını davam etdirir FOTOLENT
-
12:41
Avropa çempionatı: 10 boksçumuz yarımfinala vəsiqə qazanıb
-
12:27
"Komo" "Mançester Yunayted"i diz çökdürdü VİDEO
-
11:56
II Liqada klubunda baş məşqçi ayrılığı
-
11:38
"Real"dan 4 qollu qələbə VİDEO
-
11:03
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:45
"Bavariya" - "Arsenal" matçında 4 qol VİDEO
-
10:29
“Sumqayıt”ın üzvləri “44”ü izlədilər FOTOLENT
-
10:14
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi VİDEO
-
09:52
Millimiz Latviyaya uduzub
-
09:30
"Qalatasaray" səfərdə "Lilli"i məğlub etdi VİDEO
23.10.2026
22.10.2026
























